Xəbər lenti

 

ABŞ Prezidenti Donald Trampın imzaladığı milli müdafiə büdcəsi haqda qanunda Türkiyəyə bir sıra sanksiyalar nəzərdə tutulur.

Teleqraf.com xatırladır ki, sənəddə eyni zamanda Türkiyəyə aid bəzi mühüm məqamlar da var.

Qanun 1987-ci ildə yunan Kiprinə qarşı tətbiq edilən silah satışına dair sanksiyanı aradan qaldırır.

Bununla yanaşı yunan Kiprinə silah satışı və çatdırılması hallarına məhdudiyyətlər də qoyulur. Buna görə, ABŞ administrasiyası yunan Kiprinin ABŞ-la işləməsi və “rus hərbi gəmilərinin adaya yaxınlaşmaması üçün müvafiq addımlar atdığını” Konqresin müvafiq komitələrinə bildirməyənə qədər sanksiyalar işləyəcək.

Sənəddə Türkiyənin Şərqi Aralıq dənizindəki aktiv fəaliyyətinə diqqət çəkilir və ona qarşı addımlar toplusu nəzərdə tutulur.

Sənədə görə, ABŞ Yunanıstan və yunan Kiprinin Şərqi Aralıq dənizində enerji əməkdaşlığını asanlaşdırmaq üçün Şərqi Aralıq dənizi Enerji Mərkəzi qurulacaq. Bundan başqa, Yunanıstana 3 milyon dollar xarici hərbi maliyyə dəstəyi göstəriləcək.

Yunan Kiprinə isə 2020-ci ildə 200, 2021-ci ildə 500, 2022-ci ildə isə 750 min dollar yardım ediləcək.

Həmçinin layihədə Yunanıstana hava sahəsinə hər hansı müdaxilənin ABŞ Dövlət Departamenti və digər mexanizmlərlə aydınlaşdırılması və hesabat hazırlnamsı da qanunun müvafiq maddələrində yer alır.




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 21-12-2019, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma