Xəbər lenti


Bir müddət əvvəl redaksiyamıza məktub göndərən Naxçıvan sakini Toğrul Salahov Naxçıvan şəhərinin İcra başçısının sabiq müavini Səfər Əhmədovu onu qanunsuz işdən çıxarmaqda günahlandırmışdı. Səfər Əhmədov bu iddialara yazılı cavab verib.

 

Ovqat.com olaraq bütün tərəflərin mövqeyinə hörmətlə yanaşır və Səfər Əhmədovun yazısını olduğu kimi dərc edirik:

 

 

Hörmətli Heydər müəllim,

 

Toğrul Salahov adlı bir gəncin mənim haqqımda sizin redaksiyaya göndərdiyi qərəzli yazını oxudum və açıqlama vermək qərarına gəldim.

       

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikasında dövlət qulluğu orqanlarında   əmək munasibətlərini "Dövlət Qulluğu Haqqında" Azərbaycan Respiblikasının Qanunu və Azərbaycan Respublikasının "Əmək Məcəlləsi" tənzimləyir.

       

7 il bundan öncə yoldaş "Salahovun" dövlət qulliğundan azad olunmasında sadaladığım Qanun və Məcəllənin hər hansı birinin müddəası pozulmuş idisə, bunun da hüquqi prosedurları vardı. Həmin yoldaşa məsləhət görərdim ki, əgər iddiaçı tərəf olmaqda maraqlıdırsa hüquqi dövlətin vətəndaşı olaraq buyurub Azərbaycan Respublikasının Məhkəmə orqanlarına müraciət edərək onun 7 il bundan öncə işdən azad olunması səlahiyyəti hansı orqana və kimə aiddir ölkə qanunları çərçivəsində bu məsələnin araşdırılmasını şəxsən təmin edə bilər.

        

O ki, qaldı mənim bir Azərbaycan vətəndaşı olaraq (yoldaş Salahovun timsalında demirəm) mövqeyimə misal olaraq deyə bilərəm ki,  əgər bir dövlət qulluqçusu ki, 7 il bundan əvvəl işdən azad olunmasının hələ də cavabını (de-yure) tapa bilməyibsə, deməli onun nə xüsusi keyfiyyətindən nə də dövlət qulluğu xidmətindən bu Dövlət və Xalq üçün çe fayda...

     

"Salahovun" nəzəri diqqətinə çatdırıram ki, kimlərinsə təlimatı əsasında mənim barəmdə yalan, iftira və şər kompaniyası aparmasını şəxsimə qarşı bir böhtan və təhqir hesab etdiyimdən məsələnin hüquqi müstəvidə araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına yaxın günlərdə rəsmi qaydada şikayət ərizəsi ilə müraciət edəcəyəmi qəti şəkildə bildirirəm .

 

Hörmətli Heydər müəllim,

 

 Mənim də fikirlərimi nəzərə aldığınıza görə minnətdaram.

 

Hörmətlə,

Səfər Əhmədov

16.04.2024




Ana səhifəyə qayıt        Baxış: 5 064          Tarix: 17-04-2024, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma