
Azərbaycan Yazıçılar Birliyinin bu zamana qədər öz istifadəsində olan binanı barxanaya çevirdiyi məlum oldu. Məlum oldu ki, vaxtilə sovet hakimiyyətinin atəşin təbliğatçılarının övladları indi də Azərbaycan yazarlarının sədrləri, sədr müavinləri (halbuki, yaxşı yazarın sədri olmaz) adıyla millətin heysiyyatlarıyla oynayır, bir də utanmadan “niyə bu millət bizim cızma-qaraları oxumur” deyə fəryad qoparırlar. Xalq isə onların dərdini dilə gətirən “ara şairlərinə”, meyxanaçılara meyl edir, onları dinləyir, alqışlayır. Bununla da xalqımızın sözə biganə qalmadığını, milli dərdləri, problemləri dilə gətirənlərin həqiqi söz adamları olduğunu ortaya qoymağa çalışır.
Bizim xalq şairləri, yazıçıları isə “ara şeirlərinə” ağız büzməklə məşğuldurlar. İşləri-gücləri isə qələm əhli olmağa çalışan nadanlara, özlərini aldatmışlara dürlü-dürlü gözəl adlar, titullar satmaqdır.
AYB rəhbərliyinin “ara şairi” hesab etdiyi Cavid adlı gənc qələmin “Kişisiz, ə” adlı şeiri tək onlara deyil, bu ölkəni indiki hala salanlara da ünvanlanıb.
Şeiri Ovqat.com oxucularına təqdim edirik. Dinləyin ki, ovqatınız açılsın:
Paylaş: