Xəbər lenti

  

“İşğaldan bir gün əvvəl Cəlal Təlabaninin böyük oğlu Pavellə bərabər yanıma gələn Qasim Süleymaninin nümayəndəsi və bir neçə şəxs mənə hücum etdilər. Onlar mövqeyimdən geri çəkilməyəcəyim təqdirdə, olacaqlardan məsuliyyət daşımayacaqlarını bildirdilər”.

Ovqat.com xəbər verir ki, bunu Kərkük valisi Nəcməddin Kərim İraqın Baş naziri Heydər İbadinin Bloomberg Agentliyinə verdiyi açıqlamanı şərh edərkən deyib.

Baş nazir həmin açıqlamasında İraq ordusu və Həşdi Şabinin Kərkük əməliyyatı zamanı kimsəni öldürmədiklərini bildirmişdi. Bu fikirlə razılaşmayan Kərkük valisi onlarla insanın onun gözü qarşısında öldürüldüyünü və hətta özünün də hücuma məruz qaldığını bəyan edib.

ABŞ vətəndaşı olan Nəcməddin Kərim Kərkükün “işğalına” Vaşinqtonun laqeyd qalmasını da pisləyərək deyib: “ABŞ vətəndaşı olduğum üçün utanıram”.

Vali onu da bildirib ki, bu həftənin bazar gün Kərkükü Həşdi Şabiyə “satan” Təlabani ailəsi ilə İran generalı Qasım Süleymani arasında şəhərin taleyiylə əlaqədar müqavilə imzalanacaq.

Qeyd edək ki, bir müddət əvvəl Təlabani ailəsinin işğaldan qabaq belə bir müqavilə imzalandığı və həmin müqavilədə Kərkükün 15 məhəlləsinin kürdlərə, 25 məhəlləsinin isə ərəb və türkmənlərə verilməsinin nəzərdə tutulduğu ortaya çıxmışdı. Görünür, növbəti müqavilə Kərkük əməliyyatından əvvəl əldə olunan razılığın icrası ilə bağlı olacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 794          Tarix: 20-10-2017, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma