Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Hikmət Hacızadə: “Hələ hər şey itirilməyib və bundan sonrakı proseslərə də hazır olmaq lazımdır”; Zəlimxan Məmmədli: “Türkiyə olub keçənlərdən nəticə çıxarmaq zorundadır”
“Kərkükün ələ keçirilməsi bütün türk dünyasının məğlubiyyətidir. Türkiyə ağıllı və vaxtında tərpənsəydi, vaxtında Kərkük türklərinə sahib çıxsaydı, bu belə olmazdı. Çox təəssüf”...
Politoloq Hikmət Hacızadə bunu qədim türk məskəni olan Kərkükün kürd separatçıları tərəfindən ələ keçirilməsini şərh edərkən söylədi.
Qeyd edək ki, Kərkük məclisi şəhərdə rəsmi qurumlarda İraq bayrağı ilə yanaşı kürd bayraqlarının da asılmasına qərar vermişdi. Lakin İraq parlamenti həmin qərarı qanunsuz sayaraq məsələyə sərt reaksiya verib. Amma Kərkükü zəbt etmiş kürdlər geri çəkilməyəcəklərini bəyan ediblər. “Kürd bayrağı Kərkükdən enməyəcək”. Bu sözləri Kərkük valisi Nəcməddin Kərim İraq parlamentinin qərarına münasibət bildirərkən deyib. (axar.az) O bildirib ki, məsələ ilə bağlı Bağdaddakı kürd partiyaları ilə birlikdə araşdırma başladılacaq.
H.Hacızadə vəziyyəti şərh edərkən bildirdi ki, hələ hər şey itirilməyib və bundan sonrakı proseslərə də hazır olmaq lazımdır: “Bu, hələ filmin sonu deyil, növbəti seriyasıdır. Hələ çox şey dəyişə bilər. Həmçinin Kərkükdə çox şeyin dəyişməsi mümkündür. Məsələn, orada bir federasiya yaranan bilər və ya Kərkük türkmənləri yaşadığı ərazilərdə müstəqillik və ya muxtariyyət ala bilər".
Aprelin ilk günündə İstanbulda Kərkük şəhərində rəsmi qurumların qarşısında İraq bayrağı ilə bərabər Şimali İraq Kürdüstan Bölgə Muxtariyyətinin bayraqlarının asılmasına etiraz əlaməti olaraq mitinq keçirilib. (APA) Türkməneli Dərnəkləri Federasiyasının təşkil etdiyi və İraqın İstanbul baş konsulluğunun qarşısında keçirilən aksiyada 2 minə qədər insan iştirak edib. Aksiya iştirakçıları “Kərkük Türkdür, Türk qalacaq!”, “Kərkükə uzanan əllər qırılsın!” və digər şüarlar səsləndirib, 5 nəfərdən ibarət heyət aksiyanın qətnaməsini baş konsulluqda rəsmi şəxslərə təqdim ediblər. Aksiyada çıxış edən Türkməneli Dərnəkləri Federasiyasının başqanı Aydın Bayatlı Orta Şərqdə cərəyan edən mürəkkəb proseslər kontekstində bəzi qüvvələrin Türkməneli bölgəsində xaos yaratmaq istədiyini bildirib. İraq prezidentinə, baş nazirinə və Məclis sədrinə müraciətlə bildirilib ki, Kərkükə İraqın kürd bölgəsinin bayrağını asdırmaqdan vaz keçməsi üçün vali Nəcməddin Kərimə lazımi təlimatı versinlər. Həmçinin Türkiyə hökumətinə müraciətlə qardaş Türkmənelini bu mübarizəsində yalnız qoymamağa çağırışlar səslənib. Aksiyada Türkməneli ilə bərabər, Türkiyə və Azərbaycan bayraqları da dalğalandırılıb. Lakin görünən budur ki, Kərkükün zəbtinə sivil aksiyalarla, ictimai qurumlar səviyyəsində təpki göstərmək mümkün olmayacaq, burada dövlətin iradəsi öz sözünü deyə bilər.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də “Yeni Müsavat”a dedi ki, Kərkük uğrunda uzun müddətdir savaş getməkdədir: “Bu gün durumun ürəkaçan olmamasında Türkiyənin İraq əməliyyatında ABŞ-la əməkdaşlıqdan imtina etməsi mühüm rol oynayıb. İraq əməliyyatında duyğusal müsəlman təəssübkeşliyi rasional siyasi-strateji düşüncəni üstələdi. Təbii ki, ABŞ-la əməkdaşlıqdan imtina qərarının qəbulunda indiki Türkiyə hakimiyyətinin tərkibində avtoritetə çevrilmiş kürd faktoru da mühüm rol oynadı. Nəticə ən azından Türkiyənin xeyrinə olmadı. Şimali İraq kürdlərin əlinə keçdi və PKK üçün baza rolunu oynamaqdadır. Eyni zamanda Türkiyə Kərkük və Mosul üzərində nəzarət imkanını itirmiş oldu”. Z.Məmmədli qeyd etdi ki, bu, acı da olsa, reallıqdır. Bununla belə, “Borçalı” sədri də H.Hacızadə kimi hər şeyin sonunun olduğunu düşünmür: “Türkiyə olub keçənlərdən nəticə çıxarmaq zorundadır. 16 aprel referendumunun ”əvət" nəticəsi və bu müddətdə ABŞ-la yeni dönəm üçün əməkdaşlığın reallaşma şansının yetərincə olması nikbin sonluq haqda düşünməyə əsas verir. Kərkük təşkilatlanmış toplumdur. Ümummilli hədəf bəllidir. Bu çox önəmlidir. Türkiyənin Kərkükdən əlini üzməsi birbaşa və dolayı formada Türk dünyasının süqutu ola bilər. Düşünürəm ki, bunu Türkiyə strateqləri bizdən də gözəl anlayırlar. Türkiyənin indiki etapda əsas hədəfi yeni dünya çapında daha çox iddia ilə yeni dünyanın ən güclü cinahı ilə münasibətləri aydınlaşdırmaqdır. Bu, ABŞ-dır. Proseslər də deyir ki, bu əməkdaşlıq alternativsiz olmaqla, orta doğunun gələcəyinin daha ədalətli qurulmasını təmin edəcək amildir"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar