Xəbər lenti

 Livanda 1975-1989-cu illərdə baş verən vətəndaş müharibəsinin kilid ismi dürzi lider Kamal Canpolad, istefasını açıqlayarkən xalqı İrana qarşı mübarizəyə səsləyən Baş nazir Səad Həririyə rəd cavabı verib.

Ovqat.com xarici mətbuata istinadən bildirir ki, Canpolad öz cavabında belə deyib:

“İranın Livandakı qollarına qarşı müharibəni gözə ala bilmərik”.

Kamal Çanpoladın bu qədər konkret və operativ cavabı mühüm əhəmiyyət kəsb edir. Nədən ki, ötən əsrin sonlarında Livan vətəndaş müharibəsinə damğasını vuran bu şəxs Səad Həririnin xitab etdiyi kəsimin aparıcı lideri idi. Onun dürzi, müsəlman və sosialist xristianları öz ətrafına toplayaraq yaratdığı Livan Milli Hərəkatı xristian livanlılara qarşı vuruşurdu. Səad Həririnin İranın qollarına qarşı vuruşmağa çağırdı əsas qüvvə isə, təbii ki, ölkənin sünni kəsimidir. Kamal Canpoladın bu fikirlərinin keçmiş Livan Milli Hərəkatında ciddi parçalanmalara səbəb olacağı gözlənilir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı “İranın qollarına qarşı” mübarizəyə Livan xristianlarını da cəlb etməyə çalışır. Riyad bu məqsədlə Maruni kilsəsinin patriarxını görüşə dəvət edib. İlk vətəndaş müharibəsində marunilər, ermənilər və digər xristianlar Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin əks qütbündə yer alan Livan Cəbhəsində birləşmişdilər. Odur ki, marunilərin də bu çağırışa ciddi dəstək verəcəyi sual altındadır.

Səad Həriri “İranın qolları” deyərkən Hizbullahı nəzərdə tuturdu.




Ana səhifəyə qayıt        Baxış: 1 392          Tarix: 5-11-2017, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma