ABŞ xüsusi təyinatlı dəstələri Livan ordusuna “dəstək” üçün ölkənin şimal-şərqinə yerləşdirilib.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bu haqda ərəbcə yayımlanan “Al-Hurra” telekanalına açıqlamasında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib.
Pentaqon sözçüsü xüsusi təyinatlıların sayı barədə isə məlumat verməyib.
Məlumata görə, Livan ordusu bir neçə həftə içində Suriya sərhədində yerləşən İŞİD döyüşçülərinə qarşı əməliyyata başlayacaq. İranın dəstəklədiyi “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrullah da Livan ordusuna dəstək verməyə hazır olduğunu açıqlayıb.
Bu vəziyyətdə isə ABŞ xüsusi təyinatlıların “Hizbullah” döyüşçüləri ilə qarşı-qarşıya gəlməsi ehtimalı artır. ABŞ-ı dəfələrlə “böyük şeytan” adlandıran Həsən Nəsrullahın İŞİD-ə qarşı eyni cəbhədə döyüşməsi inandırıcı görünmür.
Paylaş: