Livan Baş naziri Səad Həriri istefa verib.
Ovqat.com-un xarici mətbuata istinadən bildirdiyinə görə, Həriri istefa açılamasını Səudiyyə Ərəbistanına səfəri zamanı verib.
Qeyd edək ki, “istefa səfəri”ndən bir neçə gün qabaq da Həriri Səudiyyə Ərəbistanına getmiş, 2 gündən sonra ölkəsinə qayıtmışdı. Ötən cümə günü Beyrutda İran dini lideri ayətullah Xamaneinin nümayəndəsi Əli Əkbər Vəlayətilə görüşən Həriri görüşdən dərhal sonra Səudiyyə Ərəbistanına ikinci səfərə çıxmışdı. Belə məlum olur ki, bu, Həririnin “istefa səfəri” imiş.
Səudiyyə vətəndaşı oaln və Livanın ən varlı şəxsi kimi tanınan Həriri istefa açıqlamasında atası kimi sui-qəsdə uğraya biləcəyi ehtimalından danışıb və bu səbəbdən də Riyada qaçdığını etiraf edib. O, özünə qarşı təhlükəni İrandan gözləyirmiş.
Hariri televiziya ilə canlı yayımda açıqladığı istefa bəyanında İranı və Hizbullahı hədəfə alıb və hər iki qüvvəni ərəb ölkələrinin daxili işlərinə qarışmaqda günahlandırıb. O, çıxışında “İranın bölgədəki qollarının kəsilib atılmasının” vacibliyini vurğulayıb. Baş nazirin sözlərlə əslində Hizbullahı nəzərdə tutduğu və Livanın sünni kəsimini şiə silahlılarına qarşı mübarizəyə səslədiyi aydındır.
Ötən ilin dekabr ayında Baş nazir kürsüsündə əyləşən Səad Həririnin bu bəyanatı Livanda yeni vətəndaş müharibəsinin başlanğıcı da ola bilər. Qeyd edək ki, baş nazirin Riyada ikinci səfərini şərh edən məqaləmizdə də bu ehtimaldan bəhs etmişdik. Məqaləni bu linkdən oxuya bilərsiniz:
http://ovqat.com/manset/12585-beyrut-novbti-vtnda-muharibsin-hazrlanr-livan-gercyi.html
Paylaş: