Xəbər lenti

 

Azərbaycanın bölgələrində baş verən güclü zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, təqribən 6 maqnitudaya yaxın baş verən yeraltı təkanlar nəticəsində evlərin və hasarların divarlarında çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb.

İnsanlar təşviş içində küçələrə çıxıb. Yeraltı təkanların təqribən 30 saniyə davam etdiyi bildirilir.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.

***

Ağdamda baş verən zəlzələ bəzi fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, zəlzələdən sonra təşvişə düşən sakinlər küçələrə çıxıb.

Xüsusilə çoxmərtəbəli bina sakinləri mənzillərinə daxil olmağa ehtiyat edirlər.

Ağdamda köçkünlərin məskunlaşdığı “Daş evlər” qəsəbəsində yaşayan Kərimova Aidə APA-ya açıqlamasında bildirib ki, yaşadığı evin divar və tavanında çatlar yaranıb, ev qəzalı vəziyyətə düşüb. 

APA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə Ağdam, Bərdə və digər ətraf rayonlarda tələfat yoxdur. Bəzi ev və tikililərdə çatlar əmələ gəlib, şüşələr sınıb

Qeyd edək ki, axşam saat 23:48-də Ağdam rayonu ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

***

 Tərtər rayonunda zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Qapanlı kənd sakini Məmmədov Şahid İbrahim oğlu zəlzələ zamanı tövlədə olub və dağıntı altında qaldığından yüngül xəsarət alıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.


Bərdədə isə Meşəçilik adlanan ərazidə məskunlaşan Salmanova Sərvi Səməd qızına məxsus çiy kərpicdən tikilən ev uçub. Hadisə vaxtı ailə üzvlərindən xəsarət alan olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 16-11-2017, 08:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma