“ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının arxasında evangelistlər var. Bunu möhtərəm prezidentin özü şəxsən mənə etiraf edib. Prosesin necə getdiyini bilirəm”.
Ovqat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan İstanbulda keçirilən bir tədbirdə çıxışı zamanı deyib.
Türkiyə İxracatçılar Məclisi tərəfindən düzənlənən “İnnovasiya və Təşəbbüs Həftəsi” tədbirinin qapanış mərasimində çıxış edən prezident ABŞ-lı həmkarının bu qərarı verərkən BMT-nin 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməni heçə saydığını bildirib. Halbuki, ABŞ-ın özünün də həmin qətnaməyə imza atdığını xatırladan Ərdoğan Trampın bu qərarının heç bir legitimliyi olmadığı iddia edib: “Qüds bizim göz bəbəyimizdir, ilk qibləmizdir. ABŞ-ın Qüds qərarının bizim nəzərimizdə heç bir gücü, etibarlılığı yoxdur”.
Qeyd edək ki, Ərdoğanın iddiasına görə, Trampın şəxsən, basqılarına məruz qaldığını etiraf etdiyi evangelistlər ABŞ-ın radikal xristian qanadıdır. Evangelistlər yəhudilərin “seçilmiş millət” və “müqəddəs torpaqlar”ın onlara aid olduğuna inanırlar. Yəhudilərin İsa peyğəmbər nüzul etdikdən sonra dünya hegemonluğuna qovuşacaqlarına düşünən evangelistlər bu inanclarına görə “xristian sionistlər” adlanırlar.
ABŞ-ın ən ünlü evangelist siyasilərindən birinin vitse-prezident Mayk Pens olduğu bildirilir.
Dünən Ovqat.com-un Qüds məsələsiylə bağlı qələmə aldığı manşet yazısında da eyni iddia irəli sürülmüşdü. Mövzunu daha dərindən anlamaq üçün bu linki yenidən gözdən keçirə biləriz:
Paylaş: