Xəbər lenti

 

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley İranda davam edən etirazlar və şiddət hadisələri ilə əlaqədar Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili islasını çağıracaqlarını bəyan edib.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Haley bunu BMT-in Baş ofisində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran xalqı hökumətin təzyiqlərinə etiraz etmək üçün cəsarətlə küçələrə çıxıb və onları müdafiə etmək lazımdır: “Çünki İran hakimiyyəti öz xalqını öldürmək kimi bir keçmişə sahibdir”.

Qeyd edək ki, ABŞ Əfqanıstan və İraqa hücum edərkən də eyni addımı atmışdı. Hətta İraqa hərbi müdaxiləylə bağlı Təhlükəsizlik Şurasından hər hansı qərar çıxmamasına baxmayaraq, özü koalisiya yaradaraq, körfəz müharibəsinə başlamışdı.

İranla bağlı çağırılacaq BMT TŞ-ın iclasından da hər hansı qərarın çıxmayacağı aydındır. Böyük ehtimalla, Rusiya və Çin bu qərarın əleyhinə gedib veto hüquqlarından istifadə edəcəklər. ABŞ-ın BMT TŞ-ın qərarı olmadan İrana qarşı hərbi müdaxilə ehtimalında budəfəki müttəfiqləri isə İsrail, Səudiyyə Ərəbistanı və digər körfəz dövlətləri ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 013          Tarix: 3-01-2018, 00:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma