Xəbər lenti
Bu gün, 19:23
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
"Əsəd hakimiyyətdəykən, siyasi həllin reallaşma ehtimalı yoxdur. Onun hərəkətlərinə, mövcud vəziyyətə baxsanız, Əsəd ilə sülhsevər və sabit bir hökumət qurmağın çətin olduğunu görərsiniz".
Ovqat.com xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley deyib.
Haley CNN televiziyasına verdiyi müsahibədə ABŞ-ın Suriya siyasətinin yalnız Əsədlə də tamamlanmadığını etiraf edib:
"Birdən çox prioritetimiz var. Yeganə prioritetimiz Əsədin getməsi deyil. Biz eyni zamanda İŞİD-i məğlub etməyə çalışırıq. İkincisi, Suriyada sülhün təmin olunmasıdır. Nə yazıq ki, biz Əsəd oradaykən, barışcıl bir Suriyanı təsəvvür edə bilmirik. Üçüncüsü, İranın Suriyadakı nüfuzunu qırmaq və nəhayət, siyasi həllə çatmaq da əsas hədəflərimizdəndir”.
ABŞ prezidenti Donald Trampın Suriyaya hərbi müdaxiləsinin davam edib-etməyəcəyiylə bağlı suala isə Haleyin cavabı konkret və birmənalı olmayıb. O, hər şeyin Əsədin atacağı addımlardan asılı olduğunu bildirib:
"Əgər daha artığını etmək lazımdırsa, ediləcək. Bundan sonrası Suriyanın hadisələrə necə reaksiya verəcəyindən asılıdır".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar