Xəbər lenti
 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İdlibə kimyəvi bomba atılmasını müzakirə etmək üçün toplanıb.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, iclası ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley idarə edib.
Məlumata görə, Haley hücumda həyatını itirən uşaqların fotoşəkillərini iştirakçılara göstərib və bütün çıxışı boyunca Rusiya və Əsəd rejimini tənqid edib.
ABŞ diplomatının nitqini tamamlamasının ardından Rusiyanın BMT-dəki daimi nümayəndəsi müavini Vladimir Safronkovun qaçaraq salonu tərk etdiyi gözlərdən yayınmayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 489          Tarix: 5-04-2017, 23:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma