“BMT ekspertlərinin hazırladığı hesabatda İranın Yəmənə silah göndərmə qadağasını pozduğu göstərən dəlillərin ortaya qoyulmasının ardından Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının (BMT TŞ) İrana qarşı hərəkətə keçməsinin zamanı gəlmişdir”.
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley səsləndirib.
Haleyin istinad etdiyi hesabatda BMT ekspertləri 2015-ci ildə Yəmənə qarşı tətbiq olunan silah embarqosu qərarından sonra bu ölkədə İran mənşəli raket qalıqlarının tapıldığı bildirilir. Hesabat bu ilin yanvarında Təhlükəsizlik Şurasına təqdim edilib.
Bununla da özünün aylardır söylədiklərinin təsdiqini tapdığına diqqət çəkən ABŞ diplomatı İranın BMT TŞ-nın qərarlarını pozaraq, Yəmənə qeyri-qanuni silah verdiyini iddia edərək deyib: “Dünya açıq şəkildə işlənən bu qanun pozuntularını cavabsız qoya bilməz”.
Qeyd edək ki, ABŞ-ın nə fikirləşməsindən asılı olmayaraq, bu qərarın çıxması üçün BMT TŞ-nın 5 daimi üzvünün də yekdilliyi tələb olunur. Bu üzvərdən Rusiya və Çinin ABŞ-ın təklifinə “hə” deyəcəyi isə bəlli deyil. Onlar adətən bu səsvermələrdə “xaric səsdə oxuyurlar” və ABŞ-ın bütün təklifləri qəbul edilməmiş qalır.
Paylaş: