Türkiyə “Zeytun budağı” əməliyyatı ilə Rusiya, Suriya və İranın terrora qarşı yekun qələbəsini elan etməsinə mane olmağa çalışır".
Ovqat.com xəbər verir ki, bu açıqlamanı Bəşər Əsədin müşaviri Buseyna Şaban verib.
Moskvada “Valday” polemika klubunda Yaxın Şərq məsələsi ilə əlaqədar keçirilən konfransda jurnalistlərin suallarını cavablandıran xanım diplomat Türkiyənin Suriya ilə məsləhətləşmədən Afrin əməliyyatına başladığını bildirib və bu hərəkəti işğal adlandırıb. Şaban onu da vurğulayıb ki, Suriya ABŞ, İsrail və Türkiyənin təcavüzlərinə qarşı sonuna qədər mübarizə aparacaq.
Türkiyənin son zamanlar ABŞ-la münasibətlərini kəsib Rusiya və İranla birgə hərəkət etməsini də öz baxış bucağından dəyərləndirən Buseyna Şabana görə, bu sadəcə görüntüdür və Ankara Suriyadakı işğalı davam etdirmək üçün Astana prosesindən faydalanır:
"Türkiyə, Suriyada işğalçı vəziyyətindədir və Astana müqavilələrini tətbiq etmir. Ankara bu müqavilələrdən öz zorakılığını gizlətmək üçün istifadə edir".
Türkiyənin hərəkətlərini Suriyanın ərazi bütövlüyünə zidd addım kimi qiymətləndirən müşavir Rəcəb Tayyib Ərdoğanı "Osmanlı sultanlığı xəyalı quran “Müsəlman Qardaşları”nın üzvü olduğuna və arxasında NATO qüvvələrinin dayandığı inanır:
"Əgər hər hansı bir problem baş verərsə, NATO ilk növbədə Türkiyəni dəstəkləyəcək. BMT Təhlükəsizlik Şurası və BMT bu işğala qarşı çıxmalıdır. Çünki bu, terrorçuların Suriya xalqına qarşı qiyamətə qədər müharibə aparmasına xidmət edir”.
Paylaş: