Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
İraq Konstitusiyasına görə, mübahisəli bölgə olan Kərkükdə İraq Kürdüstan muxtar vilayətinin (İKMV) bayrağının dövlət dairələrində asılmasıyla başlayan böhran böyüyür. Ən son, Kərkük rayon məclisi 9 türkmən və 6 ərəb deputatın boykot etdiyi sessiyasında İKMV-yə birləşmək üçün referendum keçirməyə qərar verdi.
Kərkükün tarixi bir türkmən şəhəri olduğunu nəzərə alsaq, istər-istəməz beyinlərdə belə bir sual yaranır: Görəsən, türkmənlər bu məsələyə necə baxır və hansı tədbirləri görmək istəyirlər?
İraq Türkmən Cəbhəsi (İTC) lideri Ərşad Salihinin “Əlcəzirə” xəbər agentliyinə verdiyi müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
-Tam sizin bayraq böhranını müzakirə etmək üçün Ankarada olduğunuz sırada Kərkükdən yeni bir xəbər gəldi. Kərkük rayon məclisində də vilayətin İKMV-nə birləşməsi üçün referendum qərarı alındı. Nə deyəcəksiniz bu qərarla əlaqədar?
-Alınan qərarlar qanuni deyil. Kərkük həssas bir bölgədir. Təktərəfli idarə edilməsi qətiyyən doğru deyil. Qərar vilayət məclisində türkmənlər və ərəblərin boykot etdiyi sırada qəbul olunduğu üçün də etibarsızdır. Həm də Kərkük rayon məclisi 2010-cu ildə çıxarılan Rayonlar aktının 21-ci maddəsinə görə, özbaşına qanun çıxarma səlahiyyətinə sahib deyil, Bağdad bu qanunlara etiraz edəcək. Bu səbəbdən də qərarın heç bir legitim tərəfi yoxdur. Qanuna görə, rayon məclislərinin müəyyən səlahiyyətləri olur. Ancaq 2005-ci ildə Kərkükdə seçki olmadığı üçün bu məclis də legitim deyil.
-Türkmənlərin atacağı addımlara gəlsək, əvvəlcə konstitusiyaya zidd bir hərəkət olduğu üçün Federal Konstitusiya Məhkəməsinə müraciə etmək haqqınız var. Ancaq Bağdad mərkəzli təşkilatların bu bölgəsə nə qədər təsirli olduğu da mübahisəlidir. Başqa hansı addımları atmağı düşünürsünüz?
-Biz mütəmadi olaraq qanuni yolları sınadıq. Ancaq bunlar kürd partiyalar tərəfindən heç bir şəkildə tətbiq olunmadı. Özləri dövlət çevrilişi şəklində Kərkükdə belə bir addım atmaq istədilər. Peşmərgə gücü ilə, hərbi gücləriylə bu mühiti burada yaratdılar. Demək ki qanuna, hüquqa imanları yoxdur. Yanlarında bir neçə adam görüncə zənn edirlər ki, artıq hər şey bitdi, silah gücü ilə məsələni həll etməyə çalışırlar.
Biz həmişə deyirik ki, gələcək nəsillərin bir-birlərinin qanını tökməsinə icazə verməsinlər. İnsan öldürmək günahdır. Təəssüf ki, kürd liderləri öz toplumlarının gələcəyini daha çox təhlükəyə atırlar. Bütün qazandıqlarını da itirəcəklər.
Hüquqi yollar var, beynəlxalq tərəflər var. Bunların hamısına baş vurulduqdan sonra heç bir nəticə olmazsa, zorla bir məmləkətin kimliyini harasa bağlamaq çox pis olur.
-Bölgədəki türkmən və kürd tələbələr arasında bəzi gərginliklər yaşandı. Siz də bundan sonra 'silahlar danışar' ifadələrindən istifadə etdiniz. Bölgədəki türkmənlər silahlanırmı, silahlı qruplar gücləndirilirmi?
-Türkmənlərin silahlı təşkilatları peşmərgələr kimi deyil. Özlərinə aid olan bir silahlı gücləri var. Türkmən Haşdi-Şabiçiləri də dünən kürd siyasətçilərini təhdid etdi. 'Türkmənlərin üzərinə getsəniz, bizi qarşınızda görərsiniz' dedi.
-Mən də elə Haşdi Şabiyə gələcəkdim. Hazırda türkmənlərin əməkdaşlıq edə biləcəyi ən təsirli güc Haşdi Sabi qruplarıdır ...
-Təkcə onlar deyil. Haşdi Şabi hökumətə bağlı olan gücdür. Türkmənlərin özünün də İraq Türkmən Cəbhəsinə aid gücü var.
-Bu dediyiniz silahlı qüvvələri böyütmə, daha çox qüvvətləndirmə işləri də görürsünüzmü?
-Gücləndirməyə və hökumətin içində formalaşdırmağa çalışırıq.
-Türkiyə bu kimi işlərdə nə qədər aktivdir?
-Yeri gəldiyi zaman hər kəsdən dəstək tələb edirik. Amma hazırda türkmənlər öz bölgələrində təhlükəsizliklərini qanuni bir şəkildə qorumaq üçün müxtəlif yola vasitələrə əl atır.
-Bayraq böhrandan sonra ən böyük dəstəyi Ankarada gördünüz. Dünən Baş nazir İldırımla görüşdünüz. Türkiyədən konkret mənada hansı addımları gözləyirsiniz?
-İraqın ərazi bütövlüyü Türkiyə üçün də əhəmiyyətlidir. Son Başika hadisələrinin yaratdığı Bağdad-Ankara böhranı məncə ötəridir. Türkiyə bəzi xüsuslarda qərarlıdır, təhlükəsizlik baxımından o bölgəyə getdilər. Biz Türkiyənin yalnız türkmənlərin deyil, hər kəsin yanında olmasını istəyirik. Amma bizim də yanımızda olmasını istəyirik. Çünki nə olursa olsun, şiələrin İranı varsa, sünnilərin körfəz ölkələri varsa, kürdlərin Amerikası varsa, türkmənlərin də Türkiyəsi olmasından şübhə etməmək istəyirik.
Bizim torpaqlarımızı asanlıqla tərk etmiş olsaq, gələcək nəsillərimiz torpaqsız qalar. Bir millətin torpağı yoxsa, gələcəkdə heç bir şeyi olmaz. Ona görə də Türkiyədə yaşayan türkmənlərə tövsiyə edirəm, torpağınızın varlığı uşaqlarınızın gələcəyinin təminatıdır. Öz rahatlığınız üçün Türkiyəyə gəlməyin, oralarda müqavimət etmək zamanı gəlmişdir.
-Ankaradan Sincarda hərbi əməliyyat keçirmək siqnalları gəlir. Bunları da son bayraq böhranının nəticəsi kimi qiymətləndirə bilərikmi?
-Sincar daha qlobal bir məsələdir. Suriyanı, PKK-nı, PYD-ni maraqlandıran bir məsələdir. Bunların hamısı bir-biriylə əlaqədardır. Qətiyyən, bunu göz ardı etməmək lazımdır. Sincardaki hadisələrin mütləq və mütləq Kərküklə, Tuzhurmatuyla əlaqəsi vardır. O görə də orada güclü olmağımız lazımdır. Silah, iqtisadiyyat, insan, mədəniyyət sahəsində türkmənlər özlərini hazırlamalıdır.
-Belə bir vəziyyətdə Sincarda, bayraq böhranına baxmayaraq, PKK ilə döyüşən KDP ilə əməkdaşlıq etmək mümkündürmü?
-Biz toprağımızı qorumaq üçün hər şeyə hazırıq. Kürd bölgələrində istədiklərini edə bilərlər, amma türkmən bölgələrində bizim də deyəcəklərimiz olacaq.
-Kərkükdə İKMV bayrağının dalğalandırılması tam da Bərzaninin referendum və müstəqillik çıxışları əsnasında, KYB (Təlabani gücləri-Ovqat.com) öz əlini gücləndirmək üçün referendum məsələsini ortaya atdı. İŞİD sonrasında İraq ordusu oradan çəkilmişdi, peşmərgə qalmışdı. KYB bölgənin idarəsi onsuz da əlində saxlayırdı. Sizcə niyə indi belə bir addım atıldı?
-Biz elə görürük ki, Yaxın Şərq bölgəsində layihələrin həyata keçirilməsi davam edir. Əvvəl Suriyada gərginlik yaşandı və nəticəsində ölkə bölündü və terror təşkilatlarının məkanına çevrildi. Suriya bitmədən İŞİD bu səfər İraqı hədəf aldı.
İndi İŞİD layihəsi həm Suriya, həm İraqı, həm də qonşu ölkələri təhdid edir. Artıq İŞİD də özünün son mərhələsinə gəlir. Xüsusilə Mosul əməliyyatları başladıqdan sonra. İŞİD sonrası nələr yaşanacaq? Bayraq böhranı, İŞİD-in son hesablaşması nəticəsində yeni bir böhranın yaradılması məsələsidir.
-Mosul əməliyyatı sona çatarkən bütün tərəflərin mövqeyi müəyyənləşəcək, kürdlər də Kərkükdəki mövqelərini ortaya qoymaq üçün belə bir addım atdı, deyirsiniz?
-Elədir ki, var. Xüsusilə, İraq ordusu Mosulda döyüşərkən, Telafər xilas olmamışdan bu işlərin baş verməsi sıradan bir hadisə deyil. O görə də Kərkük problemi gündəmə gəldi. Kərkük problemi Yaxın Şərqin həssas nəbzidir. Kimsənin bundan qaçışı olmayacaq.
Ərəb ölkələrinin bu qədər səssiz qalması da səhvdir. Kərkük İraqın içində hər hansı bir bölünməyə səbəb olursa, bu mütləq ərəb ölkələrinə də təsir edəcək. Səudiyyə Ərəbistanı, İordaniya kimi ölkələr özlərini bu hadisələrdən uzaq tutmamalıdır. Ərəb Liqasının rolu çox əhəmiyyətlidir. Kərkük yalnız türkmənləri maraqlandıran bir məsələ deyil. Hər kəs bu barədə öz mövqeyini ortaya qoymalıdır.
-Türkmənlərin arasında fərqli görüşlər varmı? İrana yaxın türkmən qruplar olduğunu bilirik, məsələn. Onların mövqeyi nədir?
-Mən bütün məsuliyyəti daşıyaraq söyləyirəm: İraqın içində bir-birinə ən bağlı qrup türkmənlərdir. Amma bəziləri xaricdə mütəmadi olaraq türkmənləri bölünmüş göstərmək istəyirlər. Mənim indi söylədiklərimin eynisini şiə türkmən millət vəkilləri də etiraf edərlər. Onların da adından danışaram, türkmən strategiyası birdir, vahiddir, bölünməzdir.
Bəli, bizim içimizdə İrana yaxın olan tərəflər var, Türkiyəyə yaxın olan tərəflər var. Amma bu, bir-birinə heç bir şəkildə təzad olmayan vəziyyətdir. Bizim strateji bir mövqeyimiz var. Kərkük problemi, Tuzhurmatunun, Telafərin gələcəyi ... İran da, Türkiyə də bu mövzuda həmfikirdir.
-Bu vəziyyət bir-biriylə zidd fərqli kürd qruplarla bəzi problemləri olan türkmən qrupları bir araya gətirir, uzlaşma yoluna aparır sanki... Türkmənləri danışdıq. Kürdlər baxımından məsələyə yanaşanda PKK və KYB bölgədə aktivdir. KDP ilə PKK arasında başqa bölgələrdə, xüsusilə də Sincarda qarşıdurmalar var... Sizcə, ciddi fikir ayrılıqları yaşayan kürd qruplar arasında, Kərkük mövzusundakı bu əməkdaşlıq nə qədər realdır?
-Kürdlər həyatda birləşə bilməz. İradələri başqalarının əlində olduğundan ötəri o iradəyə görə hərəkət edərlər. Bəlkə də bir icbari siyasəti KYB digər qrupların üzərində reallaşdırdı. Gələcəkdə bu, Kərkükün zəngin nefti üzərinə nələr olacaq, Allah bilir. Bölgəni qan gölünə çevirə bilərlər.
-Kərkük nefti mövzusuna gəlmişkən, bilirik ki, KYB, KDP və Bağdad arasında bununla əlaqədar bir anlaşılmazlıq var. KYB ilə Bağdad arasında bir sıra sazişlər bağlandı, dərhal bayraq böhranı yaşandı. Neft mövzusunda hər tərəfi məmnun edəcək məcburi bir razılaşma əldə edilsə, sizcə, geri addım atılarmı?
-Əvvəldən neft böhranını başlatdılar, özlərini orada hakim göstərmək istədilər. Bağdada meydan oxudular. Bağdadın da zəifliyi bunlara fürsət vermiş oldu. Bunlar quyuları da paylaşmaq istəyərlər, yoxsa.
-“Bağdadın gücsüzlüyü KYB-nin əlinin güclənməsinə səbəb oldu” dediniz. Bağdadın Tehrana bağlı olduğunu, KYB-nin də İrana yaxınlığını bilirik. Tehrandan gələn rəsmi açıqlamada isə bayraq böhranının konstitusiyaya zidd olduğu vurğulanır. Bütün bunları nəzərə alaraq, KYB'nin atdığı bu addımın arxasında İran ola bilərmi?
-İran elə bir şey etmiş olursa özü də zərər görəcək, bunu bilməsi lazım. KDP-ye qarşı KYB-ni gücləndirmək niyyəti ola bilər. KDP üçün bir tələ da ola bilər. Xüsusilə Türkiyə ilə aralarında bir məsafə yaradıb gələcəkdə KDP-ni zəif mövqeyə salmaq, artıq yanında Türkiyəni də görməyəcəyi bir hala gətirmək üçün ola bilər. O zaman bəlkə bəzi bölgələr, xüsusilə Sincar PKK-nın idarəsi altına girə bilər. Bunun içində bəzi oyunlar da vardır. KDP buna çox diqqət etməlidir, amma məncə, elə düşünmədilər. Romantik davrandılar.
-Bu böhran müsbət olan İraq Türkmən Cəbhəsi - KDP əlaqələrinə necə təsir etdi?
-Bizim əlaqəmiz hər kəslə bərabər məsafədəydi. Yalnız Bərzaniylə deyil, KYB ilə də yaxşı münasibətdəydik. Çünki bizim bölgələrimiz - Kərkük, Tuzhurmatu, Diyala daha çox KYB idarəsindədir. Biz hər kəslə də bu əlaqəni davam etdirmək istəyirik. Bu səbəblə bütün partiyaları ziyarət etdik, hüquqi və siyasi baxımdan bütün yaxşı niyyətimizi göstərdik. Qarşı tərəfdən bunu görmədiyimiz üçün bəzi kürd partiyaların niyyətlərinin pis olduğunu və bu bölgədə İŞİD sonrası yeni bir gərginlik nöqtəsi yaratmaq istədiklərini düşünürük.
-KYB-ni nəzərdə tutursunuz?
-Bəli.
Sadələşdirmə Ovqat.com-a aiddir
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar