Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan təkcə öz ölkəsində deyil, həm də bütün müsəlman dünyasında sevilir. Sözsüz ki, bu sevginin əsaslı səbəbləri var. Çünki R.T. Ərdoğan bütün çıxış və çağırışlarında müsəlman dövlətlərinin maraqlarını gündəmə gətirir, onların sözçüsü kimi danışır. Dünya Türkiyə Prezidentinin məşhur Davos toplantısında “one minute” çıxışına indiyə qədər unuda bilməyib. Onun “dünya 5-dən böyükdür” kəlamı əzilən xalqların qlobal imperializmə qarşı üsyan şüarına çevrilib. Ərdoğanın Yaxın Şərq krallarını qamçılayan ritorikası zaman-zaman müsəlman xalqların istibdada qarşı mübarizəsinin ana fəlsəfəsi kimi önə çıxır.
Ərdoğanın Suriya mövzusuna baxışını əks etdirən və bütün Şərq despotlarının kürkünə birə salan bir video-görüntünü Ovqat.com oxucularının müzakirəsinə buraxırıq:
Paylaş: