““Müsəlman qardaşları”nın hamısını "terrorçu" elan etmək regional sabitlik və təhlükəsizlik baxımından qarışıqlıqlara yol aça bilər”.
Ovqat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson ərəb ölkələrinin Qətərə qarşı sanksiyaları şərh edərkən deyib.
“Əlcəzirə”nin bildirdiyinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr Komissiyasında çıxış edən dövlət katibi “Müsəlman qardaşları”nın bəzi ünsürlərinin artıq bir sıra İslam ölkələrində hökumətin tərkib hissəsi halına gəldiklərini bildirib, buna örnək olaraq isə Türkiyə və Bəhreyn parlamentlərini göstərib:
"5 milyona yaxın üzvü olduğu təxmin edilən “Müsəlman qardaşları” təşkilatında şiddət və terrorizmə bulaşan ünsürləri digərlərindən ayırmalıyıq. Təşkilatı tamamilə terrorist olaraq saymaq bizim bu hökumətlərlə olan əlaqələrimizi kompleks hala gətirə bilər".
Qeyd edək ki, körfəz ölkələri Qətərə qarşı sanksiyalarının əsas səbəblərindən biri olaraq rəsmi Dohanın “Müsəlman qardaşları” və HƏMAS kimi “terrorçu təşkilatları”nı dəstəklədiyini göstərmişdilər. Tillersonun məntiqincə, burdan belə fikir çıxa bilər ki, AKP də terrorçu təşkilatdır. Bu isə Yaxın Şərq ölkələri arasında arzuolunmaz ziddiyyətləri körükləyər.
Paylaş: