"Açığı, həyatım boyu daşıdığım iki ən böyük dəyər olub: əqli tarazlığım ilə intellektim".
Ovqat.com xəbər verir ki, özündənmüştəbehlik nümunəsi olan bu fikirləri ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında paylaşıb.
Trampı özündən dəm vurmağa vadar edən isə barəsində qələmə alınan kitabdır. Maykl Volff adlı jurnalistin yazdığı və ciddi polemikalara səbəb olan "Atəş və Qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitabda ABŞ prezidentinin əqli problemlərindən bəhs edilib və onun psixiatr nəzarətində yaşadığı irəli sürülüb. Müəllif həmçinin ABŞ prezidentilə 3 saatlıq müsahibə aldığını və onda dəlilik əlamətlərini müşahidə etdiyini bildirib.
Trampın kitab müəllifinə cavabı isə maraqlı olub. “Twitter” hesabında iddialara münasibətini açıqlayan Tramp “başdanxarab” olmadığını bu arqumentlərlə əsaslandırmağa çalışıb:
"Çox uğurlu iş adamı ikən, televiziya dünyasına girdim, sonra isə ilk cəhdimdə prezident oldum. Məncə, bunun üçün sadəcə ağıllı yox, həm də dahi olmalısan. Özü də olduqca yüksək intellektə sahib dahi".
Paylaş: