Əslən Füzuli rayonundan olan sahibkar Həziyev Rafiq Alış oğlu Azinforum.az-a müraciət edərək, uzun illər boyunca bəzi qurumlar tərəfindən incidildiyini bildirib. Şikayətçinin sözlərinə görə, o, iş adamı kimi aktiv vergi ödəyicisi olub, lakin rastlaşdığı durumla bağlı artıq sahibkarlıq fəaliyyətini dondurub.
Fazil Məmmədovun vergilər naziri olduğu dönəmdə saxta ittihamlar əsasında həbs olunmaq təhlükəsi ilə üzləşən sahibkar hüquqları uğrunda aramsız mübarizə apardığı səbəbindən azadlıqda qala bilib, hətta bəzi epizodlar üzrə məhkəmədən bəraət də alıb. Hazırda onun şikayəti Maliyyə Nazirliyindəndir. O, məhkəmə instansiyalarına müraciət edərək, bu illər ərzində şəxsinə dəymiş ziyanın tam ödənilməsini tələb edir.
İşadamının harayına səs verən Azinforum.az əməkdaşları onun şikayətlərini video-yaddaşa köçürüblər.
Aktual olduğunu nəzərə alıb Həziyev Rafiq Alış oğlunun ölkə başçısına ünvanladığı videomüraciəti Ovqat.com oxucularına təqdim edirik:
Paylaş: