Xəbər lenti

 

“Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil”.

Ovqat.com bildirir ki, bunu Yenicag.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.

Türkiyə səfirinin sözlərinə görə, “Türkiyədə yaşayan azərbaycanlıların problemləri iki gün öncə Türkiyə prezidentinin müavini Fuad Oktay və Azərbaycanın baş naziri Novruz Məmmədovun rəhbərliyi altında keçirilən Türkiyə-Azərbaycan Səkkizinci Qarışıq İqtisadi Komissiya Toplantısında da geniş müzakirə olunub və problemlərin çözümü üçün vacib addımların atılması qərarlaşdırılıb”.




Ana səhifəyə qayıt        Baxış: 984          Tarix: 19-09-2019, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma