"Keçən il iyulun 15-də Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərənlər, sadəcə, Pensilvaniyada yaşayan bir nəfərin əmrini yerinə yetirib. Amma həmin gün Türkiyə xalqı prezidenti ilə birlikdə əsl birlik nümayiş etdirdi. Türkiyə xalqı əsl demokratiya dərsi nümayiş etdirdi".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə dövlət çevirilişinə cəhdin ildönümünü ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında deyib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə prezidentinə ilk zəng edib dəstək verənlərdən olduğunu xatırladıb: "Bununla əlaqədar Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Güclü Azərbaycan güclü Türkiyə deməkdir. Biz terrorla mübarizədə birgə səylər göstəririk. Lakin təəssüf ki, bu gün bir sıra ölkələr terrorçulara dəstək və sığınacaq verir. Amma bu ölkələr bilməlidir ki, bir gün terrorçular onlara da zərbə vuracaqlar".
E.Özoral dövlət çevrilişinin qarşısını almağa çalışarkən həyatını itirən 255 nəfər arasında bir azərbaycanlının olduğunu xatırladıb.
Paylaş: