Xəbər lenti

  

 

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ötən il İstanbuldakı konsulluqda tikə-tikə doğranılaraq öldürülən Camal Qaşıqçı cinayətində əli olduğunu etiraf edib.

Ovqat.com xəbər verir ki, bu şok iddia ABŞ-ın PBS telekanalında yayımlanan “Frontline” proqramında irəli sürülüb.

Proqramın müəllifi Martin Smitə açıqlama verən vəliəhdin “Bu hadisə mənim məsuliyyətim altında olub. Bütün məsuliyyəti öz üzərimə götürürəm”  dediyini bildirilir.

Hələlik sadəcə anonsu paylaşılan müsahibədə vəliəhdə aid edilən sözlər anons süjetinin altında yazılıb. Həmin təqdimat səhnəsində Səudiyyə vəliəhdinin şəkilinin altında "Qaşıqçı qətlində rolu ilə bağlı ilk dəfə danışdı” sözləri qeyd olunur. Fraqmentdə göstərilir ki, jurnalistin "Sizin məlumatınız olmadan belə bir şey necə ola bilər?” sualına Məhəmməd Bin Salman bu cür cavab verir: "Səudiyyə Ərəbistanında 20 milyon insan yaşayır. 3 milyon dövlət işçisi var".

Növbəti sual və  cavab:

“- Bəs onlar sizin təyyarələrdən birini götürə bilərdilərmi?

-İşləri aparan vəzifəlilər, nazirlər var və onların bunu etməyə səlahiyyətləri çatır”.

Anonsa görə, vəliəhdin şok müsahibəsi oktyabrın 1-də yayımlanacaq. Müsahibənin 2018-ci ilin dekabrında ər-Riyadda keçirilən elektirikli maşın yarışında alındığı bildirilir.

Xatırladaq ki,  “Vaşinqton Post” qəzeti üçün yazılar yazan Camal Qaşıqçı ötən il 2 oktyabrda, yəni müsahibədən 3 ay əvvəl Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda öldürülmüşdü. Cinayətə dair istintaq aparan Səudiyyə prokuroru Qaşıqçının bədəninin parçalara ayrılaraq konsulluq binasından çıxarıldığını açıqlamışdı.

Bu qədər qansız cinayətin ölkənin real sahibi vəliəhd tərəfindən etiraf olunması heyrət doğurur.

Qaynaq: https://www.pbs.org/wgbh/frontline/article/mohammed-bin-salman-speaks-about-role-khashoggis-murder-first-time/?utm_source=Twitter&utm_medium=Twitter&utm_term=MBS_exchange&utm_content=Video




Ana səhifəyə qayıt        Baxış: 535          Tarix: 27-09-2019, 08:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma