Xəbər lenti

  

İran mediasından BAXCP sədri, MM-nin deputatı Qüdrət Həsənquliyevə qarşı hücumlar səngimir. Təkcə bu gün ölkənin yarırəsmi "Aran Beynəlxalq Mədəni Araşdırmalar Mərkəzi" Agentliyi (arannews.com) Azərbaycan deputatına iki yazı dərc edib. Jurnalistika tərəfsizliyi prinsipinə əməl edərək yazılardan birini günorta saatlarında yayımlamış, deputatın ona münasibətini təqdim etmişdik. Millət vəkili barədə ikinci yazı isə yenə eyni agentliyin saytında bir müddət əvvəl yayımlanıb.

Maraqlıdır ki, bu  hücumlar İran Xarici İşlər nazirinin Azərbaycana səfəri ərəfəsinə təsadüf edir. Halbuki, Qüdrət Həsənquliyev mübahisəyə səbəb olan həmin müsahibəni Ovqat.com-a iki həftə əvvəl vermişdi. Arannews.com-un cavabının 2 həftə gecikmə ilə Cavad Zərifin səfəri ərəfəsinə düşməsi təəccüb doğurur.

 

Qeyd edək ki, İran agentliyinin ikinci yazısına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının münasibətini öyrəndik. Partiya yetkilisinin cavabı çox qısa oldu: “BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev artıq bu məsələyə münasibət bildirib. Biz İranla dost olmaq istəyirik. Amma İran Ermənistanla əməkdaşlıq məsələsinə yenidən baxmalıdır”.

İndisə Arannews-in Qüdrət Həsənquliyevə ikinci cavabını kiçik redaktə fərqi ilə təqdim edirik:

 

 

“Cənab deputat! İran Azərbaycan Respublikasının xeyirxahıdır

 

İran daim iki ölkə arasında viza rejiminn ləğvini istəyib və özünə qonşu olan ölkəyə çoxlu xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin özünün açıqlamaları da bu sözü təsdiq edir. Qüdrət Həsənquliyevin əsassız iddiaları onun xəbərləri yaxşı izləmədiyini göstərir.

  

AranNews – Qafqaz məsələləri üzrə ekspert cənab Hamid Hamidi Xosrovşahi məqalə ilə çıxış edərək İran İslam Respublikasını Azərbaycan Respublikasına qarşı riyakarlıqda ittiham edən parlament deputatı Qüdrət Həsənquliyevin açıqlamasına cavab vermişdir. Məqalədə deyilir:

Azərbaycan Respublikası Məclisinin deputatı Qüdrət Həsənquliyev ötən həftə Bakının internet saytlarından birinə verdiyi müsahibədə yalan müqəddimə açıqlamaları ilə İran İslam Respublikasının xarici siyasətinə hücum etmişdir.

O, müsahibədə əsassız iddiaları təkrar etməklə göstərdi ki, xəbərləri yaxşı izləyə bilmir, yaxud ona verilən təhlillərdə səhv var.

Ötən illərdə İran İslam Respublikası öz qonşuları ilə maksimum münasibətlər siyasəti istiqamətində qonşularla münasibətəri genişləndirməyə hər layihədən daha artıq əhəmiyyət verir. İki ölkə başçılarının Tehran və Bakıda təkrarlanan görüşləri, milyardlarla dollar dəyərində əməkdaşlıq müqavilələrinin imzalanması, Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ ərazilərinə hakimiyyət haqqını müdafiə etməkdə diplomatiyası, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqəsinin daha yaxşılaşması üçün şərait yaratması və s. bu siyasətin cilvələridir.

Adı keçən deputat öz açıqlamasında İranı ittiham edir ki, iki ölkə camaatın səfərlərinin qorxusundan! viza rejimini ləğv etmir. Belə görünür ki, bu deputat xəbərləri yaxşı izləmir. Çünki neçə ildir ki, bu iddianın əksi baş tutmuşdur (İran Azərbaycan Respublikası vətəndaşları üçün viza rejimini ləğv etmişdir) və daim iki ölkə arasında viza rejiminin ləğvini istəmişdir. Lakin Bakı bu təklifə qarşı çıxmışdır. İran həm Qarabağ müharibəsi illərində, həm də mərhum Heydər Əliyev dövlətinin qurulduğu və quruculuq illərində bu qonşu ölkəyə daim çoxlu xidmətlər göstərmişdir. Mərhum Heydər Əliyevin və Azərbaycan Respublikasının sabiq dövlət rəsmilərinin açıqlamaları bu sözü təsdiqləyir.

Bu deputat iddia edir ki, İran Amerikanın sanksiyalarının təzyiqi altında olduğundan Azərbaycan Respublikası ilə bağlı düzgün tədbir və qərar! seçə bilmir. Yəqin, cənab “Həsənquliyev” Suriya müharibəsinin İŞİD-in məhv olması və müqavimət cəbhəsində dayanan Suriya qanuni hökumətinin qələbəsinin bu müharibənin başlanması ilə fərqli durumda olduğundan xəbərdardır.

Amerika, Avropa və bir sıra medialar İranın regional qüdrətini və raket gücünü etiraf edir. Bu qələblələr İranın qüdrətini göstərmir?

İran və Azərbaycan Respublikası münasibətləri iki xalqın ortaq dini əlaqələri ilə yanaşı olan münasibətləridir və hər il Azərbaycanın neçə yüz min cəmiyyəti Naxçıvana və əks istiqamətə gediş-gəliş, şiələrin səkkizinci imamını ziyarət etmək, müalicə, gündəlik təlabat məhsulları və gəzinti məqsədilə İrana səfər edir. Bu müsafirlər İranın bugünkü vəziyyətini, şəhərlərindəki abadlıqları, azəri qardaşları ilə rəftarlarını, xalqın İslam Respublikası hakimiyyətinə və s-ə sevgilərini izah edə bilər.

Bu deputat açıqlamasında İran hakimiyyətini ikiüzlü adlandırmışdır. Cənab Həsənquliyev! Xarici siyasətdə ən böyük ikiüzlülüyün nümunəsi bir tərəfdən Ermənistanın işğalçı və qəsbkar olmasına təkid etmək, digər tərəfdən isə müsəlmanların torpağında qurulmuş qondarma sionist rejimi ilə münasibətləri genişləndirməkdir və sən ötən açıqlamalarında Azərbaycan Respublikasının orada səfirliyinin açılmasını istəmisən. Bu, aşkar ikiüzlülüyün ən nəhayət həddidir.

Bu deputat açıqlamasının bir hissəsini Ayətullah Seyid Həsən Amili kimi alim və sevimli bir şəxsiyyəti məsxərə etməyə ayırmışdır. Cənab Həsənquliyevi dəvət edirik ki, cümə günlərinin birində İrana səfər etsin və Ərdəbil şəhərində cümə namazında iştairak etsin, bu İslam aliminin imamlığı ilə qılınan cümə namazında iştirak edib, Ayətullah Seyid Həsən Amilinin söhbətlərini dinləyənlərin sayını görsün və ya Azərbaycan Respublikasında onun xütbə və çıxışlarına baxan, dinləyənlərin sayını kəşfiyyat aparatlarından xəbər alsın.

Xatırladaq ki, bu böyük alim öz çıxışlarında dəfələrlə Azərbaycanın Qarabağ ərazisinə hakimiyyət haqqına təkid etmiş, Qarabağın azad olunması üçün Azərbaycan əsgərlərinin ön cərgəsində dayanmağa hazır olduğunu bildirmişdir. İndi nədən siz Azərbaycan siyasətçiləri dünyanın ikinci şiə ölkəsində dini dəyərləri yumor adlandırırsınız?

Ötən illərdə İranın Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi bir sıra şəhərlərində Qarabağın Azərbaycana aid olması ilə bağlı konfrans və toplantılar keçirilmişdir və Azərbaycan Respublikasının Qarabağ fəalları bu toplantılarda iştirak etmişdir. Sözsüz, bu konfranslar İran İslam Respublikasının iradəsi ilə baş tutmuşdur.

İndi Azərbaycan Respublikası deputatının açıqlaması iki dövlət və iki xalq arasında münasibətlərin genişlənməsinə maneçilikdən başqa bir nəticə verə bilməz.

İranın Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərinin cümə namazları daim Azərbaycan Respublikasındakı qardaş və bacıların əsas haqlarının, bu ölkənin işğal edilmiş ərazilərinə hakimiyyət haqqının müdafiəsinin şahidi olmuşdur.

Cənab deputat! Son söz budur ki, İrandan Azərbaycan Respublikasına xeyirxahlıqdan başqa bir şey baş verməmişdir. İran və Azərbaycan Respublikası arasında din və dil qardaşlığı iki ölkə xalqları üçün böyük potensialdır, xoşagəlməz söz və iradələrdən başqa heç bir şey onun qarşısını ala bilməz”.




Ana səhifəyə qayıt        Baxış: 2 133          Tarix: 23-10-2019, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma