Xəbər lenti

  

“Cümə günü yenidən başlayan aksiyalarda Bağdadda 10, Meysanda 14, Zikarda 15, Bəsrədə 7, Musennada 1, Babildə 4 və Divaniyyədə 4 nəfər həyatını itirib. Beləliklə, İraqda İrana qarşı keçirilən aksiyalarda öllərin sayı 63-ə yüksəlib".

 

Ovqat.com xəbər verir ki, İraq Müstəqil Ali İnsan Haqları Komissarlığı tərəfindən dünən axşan yayılan bəyanatda belə deyirilir.

 

Bəyanatda sözügedən aksiyalarda aralarında təhlükəsizlik qüvvələrinin də yer aldığı yaralı sayının 2 min 592 nəfərə yüksəldiyi bildirilir.

Qeyd edək ki, Ərbəin yürüşləri səbəbilə müvəqqəti təxirə salınan İran əleyhinə aksiyalara cümə günü yenidən start verilib. Ən diqqəti cəlb edən aksiya isə Ərbəin yürüşlərinin son dayanacaq yeri olan Kərbəlada keçirilib.

Məlumata görə, İranın Kərbəladakı konsulluq binası qarşısında toplaşan iraqlılar “İran, dəf ol!” şüarları səsləndiriblər. Nümayişçilərdən bəziləri isə konsulluğun divarlara dırmaşaraq İraq bayrağı açıblar.

 

İraqlıların canı bahasına keçirdikləri bu aksiyalar səbəbsiz deyil. Belə ki, ABŞ-ın 2003-ci ildə İraqı işğal etdikdən sonra keçmiş rejimin devrilməsindən bu yana İranın ölkədə təsiri əhəmiyyətli dərəcədə artıb. Tehranın buradakı silahlı qrupların yanaşı, ölkəni idarə edən Şiə partiyalarla də yaxın əlaqələri olduğu bildirilir. Bu isə İraqda Nəcəb şiə məktəbindən tutmuş yerli əhaliyə qədər hər kəs tərəfindən xoş qarşılanmır.

 

İraqlılar, işsizlik, korrupsiya və dövlət xidməti çatışmamazlığını etiraz məqsədilə ölkənin müxtəlif bölgələrində artıq neçə ildir ki kütləvi mitinqlər keçirirlər. Bu ilin oktyabrın 1-dən isə aksiyalar daha da şiddətlənib və bütün ölkəni bürüyüb. Başda Bağdad olmaqla, ölkənin orta və cənub şəhərlərinə yayılan aksiyalarda oktyabr ayının əvvəlindən bu yana təxminən 200 adam həyatını itirib, 8 minə yaxın adam da yaralanıb. Cümə günü isə həm yaralıların, həm ölənlərin sayının xeyli yüksək olması göstərir ki, İraqda vəziyyət tamamilə nəzarətdən çıxıb.

 

Nümayişçiləri İrana bağlı Həşdi-Şabi silahlılarının qırdığı bildirilir. Hansı ki, bu silahlı könüllülər Nəcəf şiə ekolunun faktiki rəhbəri ayətullah əl-üzma (çox-çox əzəmmətli) Seyid Əli Hüseyni Sistaninin fitvası ilə İŞİD vəhşiliyinə son qoymaq üçün yaradılmış və qısa zaman ərzində İran İslam İnqilabı Keşikçilərinin nəzarəti altına düşmüşdü. Həşdi-Şabi könüllüləri İraqda İŞİD zülmünə son qoysalar da İran zülmünü başlatmışdılar. Yağışdan qaçıb yağmura yaxalanan İraq xalqı indi də İran zülmünə qarşı qiyam qaldıraraq, ölkələrinin suverenliyini bərpa etməyə çalışırlar.

 

Məlumatlara görə, bir neçə gün öncə Əli Sistani xalqı qətlə yetirənlərin dərhal tapılması üçün hökumətə vaxt verib. Hökumət isə Sistani ilə Xamenei arasında qalıb.

Şəkillər:

 




Ana səhifəyə qayıt        Baxış: 2 991          Tarix: 27-10-2019, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma