Xəbər lenti

 

Bəs deyirdiniz, məktubları oxuyan yoxdur?

Son dövrlər Azərbaycanının folklorumuza qazandırdığı bir deyim var: “Heç kim heç kimin məktubunu oxumur”. Heç bir şikayətə baxılmadığını ifadə edən bu deyimi həqiqətən də günümüz reallığının ən dolğun və lakonik ifadəsi saymaq olar. Amma deyəsən bu deyim də tədricən arxaikləşmək üzrədir.

Ovqat.com-un Cəlilabad Mərkəzi Xəstəxanasından hazırlayıb təqdim etdiyi video-reportajlardan sonra bu tibb ocağında aparılan dəyişikliklər belə düşünməyə əsas verir.

Belə ki, bir müddət əvvəl İranın əl-Mustafa Universitetində oxuyan bəzi tələbələrin korovirus karantini səbəbilə saxlanıldığı xəstəxanadan hazırladığımız materiallar nəhayət müsbət sonluqla nəticələnib. Tələbələr az əvvəl çəkib bizə göndərdikləri video-görüntüdə xəstəxanadakı vəziyyətin tamamilə dəyişdiyini bildirirlər.

Onlardan aldığımız başqa sevindirici xəbər də var. Bildirildiyinə görə, bu gün saat 17.00-da tələbələr karantindən evə buraxılıblar. Tələbələr sağ-salamatdırlar və səhhətlərinə diqqət göstərən hər kəsə minnətdarlıq edirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 799          Tarix: 6-03-2020, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma