Xəbər lenti

   

İranın ali dini lideri Əli Xamenei bu il ənənəvi Novruz bayramı nitqini söyləməkdən imtina edib.

Ovqat.com xəbər verir ki, bu barədə məlumatı Xameneinin ofisi yayıb.

Bildirildiyinə görə, çıxışın təxirə salınmasının səbəbi koronavirus təhlükəsi ilə əlaqədardır. Açıqlamada o da vurğulanıb ki, Xameneinin bayram nitqi bu il martın 19-da, Məşhədin İmam Rza məscidində baş tutmalı idi.

 

Açığı, dini liderin ofisinin bu arqumenti çox da inandırıcı görünmür. Ən azı ona görə ki, Novruz İranın minillik bayramlarındandır və bu əlamətdar gün İslamdan əvvəl də bu coğrafiyada qeyd-şərtsiz keçirilib. Hətta başqa millətlərin mədəni irsini tamamilə inkar edən ərəb xilafəti dövründə belə, Novruz ənənələrini ortadan qaldırmaq mümkün olmayıb. Hər zaman isə bu minillik siyasi ənənə birmənalı olaraq qorunub: İranın ali dini liderləri mütləq xalqa yeni il gəlişi münasibətilə xeyir-dua verib, Allahdan ölkəyə bərəkət diləyib.

  

Üstəlik, bayram xeyir-duası üçün mütləq milyonlarla insanı İmam Rza məscidinə toplamaq da şərt deyil. Bütün dövlət liderləri kimi, Ayətullah Xamenei həzrətləri də televiziya ekranlarına çıxıb öz nitqini söyləyə, xalqı koronavirus bəlasından hifz etməsi üçün Allaha dua edə bilərdi.

Xameneinin ofisindən verilən məlumatdan isə belə anlaşır ki, dini lider ənənəvi ilahi missiyasından tamamilə imtina edib. Yəni o, xalq qarşısına çıxmayacağı kimi, ekran vasitəsilə də bayram nitqini söyləməyəcək.

 

Maraqlıdır ki, ənənəvi bayram çıxışından imtina Cənab Xamanei həzrətlərinin son zamanlar təxirə saldığı yeganə tədbir də deyil. İranın mühacirətdəki telekanallarından olan “Kəlimə” TV-nin bildirdiyinə görə, dini liderin axır vaxtlar ümumiyyətlə kütləvi tədbirlərdən yayınır. Xameneinin əvəzinə tədbirlərdə bəzən dublyorunun iştirak etdiyini vurğulayan telekanal hətta onun bu adamın adını da açıqlayıb. Bildirildiyinə görə, onun adı Mir Tahirdir və təqlid qabiliyyəti mükəmməl olmadığından bəzən ciddi açıqlar verir.

 

Ötən ayın 19-da Ayətullah Xameneininin Suriya lideri Bəşər Əsədlə görüşü də bu cür dedi-qodularla yadda qalmışdı. “Kəlimə” TV Bəşər Əsədlə görüşən Xamenei ilə hər zamanki Xamanei arasındakı fərqlər üzərində dayanmış, əsas diqqəti isə iki oxşarın arasındakı boy və əl hərəkətləri fərqinə cəmləmişdirmişdi. İddilara görə, həqiqi ayətullahın boyu daha uzun olmalı, illər öncə uğradığı sui-qəsd səbəbindən sağ əlini bu qədər rahat hərəkət etdirə bilməməli idi. Ayrıca, iki Xamenei arasında yaş fərqi də rahat sezilirdi.

 

Bütün bu arqumentlər isə həqiqi dini liderin səhhətində problemlərin olduğu versiyasını ağla gətirir və Novruz bayramı ilə əlaqədar xalqa səslənişin təxirə salınmasının əsas səbəbinin bu olacağı düşünülür. Elədirsə, növbəti sual ortaya çıxır: Bəs nə üçün bayram nitqi onun dublyoru tərəfindən səsləndirilməyib?

Ehtimallara görə, Xameneinin dublyoru da xəstədir. Mir Tahir həzrətlərinin koronavirusa yoluxa biləcəyi istisna edilmir.




Ana səhifəyə qayıt        Baxış: 4 246          Tarix: 10-03-2020, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma