Xəbər lenti

  

İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib. 

Bu barədə Ovqat.com-a TƏBİB-dən bildirilib.

Məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir.

Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir.

 

Qeyd edək ki, bu TƏBİB-in məlumatıdır. Ovqat.com-un məlumatına görə isə, təkcə Milandan xüsusi reyslə 113 azərbaycanlı gətirilib. Onlardan 20-dən çoxunda yoluxma halları aşkarlanıb. Aşağıda təqdim etdiyimiz videodakı təcili yardım maşınlarının çoxluğu da bu iddianı təsdiqləyir.

Xatırladaq ki, İtaliya koronavirusun yayıldığı əsas ölkələrdən biridir. İtalya rəsmilərinin etirafına görə, İtaliyada son 7 saat ərzində koronavirus səbəbindən 196 nəfər daha ölüb və ümumilikdə ölkədə ölənlərin sayı rəsmi olaraq 827 nəfər olub.

İtaliyadakı vətəndaşlarımızın gətirilmə anını əks etdirən videonu təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 5 643          Tarix: 11-03-2020, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma