“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun bir neçə gün əvvəl Azərbaycana səfəri gözlənilməz olub”.
Ovqat.com xəbər verir ki, “Fars” İnformamasiya Agentliyi bu iddianı irəli sürüb. Martın 11-də gerçəkləşən və Azərbaycan mediasının diqqətini o qədər də çəkməyən bu səfərin İran mətbuatının gözündən yayınmamaması ilə təəccüblü deyil. Niyə? “Niyə”sini anlamaq üçün məlumatı, gəlin, “Fars” İnformasiya Agentliylinə qulaq verək:
İranın yarırəsmi “Fars” İnformasiya Agentliyinin bildirdiyinə görə, Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşən Berdiməhəmmədovun bu səfəri barədə əvvəlcədən heç bir məlumat olmayıb: “Halbuki, dövlət başçılarının rəsmi səfərləri haqda xəbər və səfər proqramı adətən əvvəldən dövlət mediasında işıqlandırılır”.
Berdiməhəmmədovun Azərbaycana gəlişindən bir neçə gün əvvəl yerli KİV-də ABŞ Dövlət Departamentinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyi barədə yayınlanmış məlumatları diqqət mərkəzinə alan agentlik Türkmənbaşının səfərinin də bununla bağlı ola biləcəyinə eyham vurub: “Mətbuatın məlumatına görə, bu haqda Dövlət Departamentinin Enerji ehtiyatları bürosunun enerji diplomatiyası üzrə mütəxəssisi Natan Rayx danışıb. ““Cənub Qaz Dəhlizi” layihəsində digər ölkələr də iştirak edə bilər”,-deyən Rayx fikrini belə davam etdirib: “Əgər Azərbaycan, Orta Asiya və İraqda qaz ixracı üçün mənbələr olsaydı, bu enerji Avropa bazarlarına çıxarılacaqdı””.
Agentliyin fikrincə, Natan Rayxın nəzərdə tutduğu qaz mənbələrindən biri də Türkmənistandır və Aşqabad Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasına, bununla da Avropaya qaz ixracına başlamağa çalışır.
“Doğrudur, Türkmənistan və Azərbaycan prezidentlərinin imzaladıqları sənədlər arasında Transxəzər layihəsilə bağlı sənəd yoxdur. Lakin dövlət KİV-i hər iki ölkə liderinin qaz ixracı, enerji ixracı yollarının şaxələndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu yazır. Guman ki, bağlı qapılar arxasında aparılmış danışıqlarda Azərbaycanla Türkmənistanın “Cənub Qaz Dəhlizi” layihəsində əməkdaşlıq imkanları, Transxəzər qaz kəmərinin tikintisilə bağlı məsələlər də müzakirə olunub”, - “Fars” agentliyi belə düşünür.
Əgər belədirsə, Azərbaycan və Türkmənistanın enerji əməkdaşlığı üçün İrandan razılıq almalı olduğuna işarə edən müəllif bu zamana qədər yola getməyən iki qardaş ölkənin n birdən-birə niyə görüşməyə ehtiyac duymasının da səbəblərinə aydınlıq gətirib: “Transxəzər qaz xətti layihəsinin reallaşdırılması yalnız beş Xəzəryanı dövlətin dəstəyilə mümkündür. Əliyevlə Berdiməhəmmədovun bu məsələdə hansısa razılığa gəlib-gəlmədikləri açıqlanmır.
Türkmənistan hökuməti ölkənin iqtisadi problemlərini həll etmək üçün yeni gəlirə ehtiyac duyur. Hazırda ölkə ümumi maliyyə böhranı ilə yanaşı, karonavirus təhdidi ilə də qarşı-qarşıyadır. Bu gün Türkmənistanın yeganə qaz alıcısı Çindir. Karonavirusla əlaqədar Çinin daxili bazarında qaza tələbat azalıb və nəticədə Aşqabadın “mavi yanacaq” ixracı azalıb.
Paylaş: