Xəbər lenti

 

“Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulmuşdur”.

Ovqat.com xəbər verir ki, Operativ Qərargahın dünən yaydığı məlumatda belə deyilir.

Məlumatdan aydın olur ki, Türkiyədən Naxçıvana keçən vətəndaşlarımızın koronavirus şübhəliləri üçün yaradılacağı gözlənilən çadır şəhərciyində saxlanılmasına qərar verilib.

Saytımızın əldə etdiyi məlumata görə isə, əksəriyyəti tələbələrdən ibarət olan həmin vətəndaşlarımız üçün rəsmi Bakının nəzərdə tutduğu çadır şəhərciyi qurulmayıb və onlar koronavirus xəstələrinə uyğun olmayan şəraitdə saxlanılırlar.

  

Tələbələrin iki qəfilə halında İğdırdan Naxçıvana yola salındıqları bildirilir. İlk qəfilədə 165 nəfər bulunurdu. Xatırladaq ki, onlar İstanbuldakı Baş konsulumuz Məsim Hacıyev tərəfindən avtobuslara doldurularaq İğdıra yola salınmış, üzərindən bir neçə saat keçdikdən sonra isə Bakıdan İstanbula tələbələri təxliyə etmək üçün təyyarə göndərilmişdi. Beləcə, təyyarə ilə Bakıya qayıtmaq şansını qaçıran tələbələr bir neçə gün İğdırın küçələrində gecələdikdən sonra Naxçıvana keçə bilmişdilər.

Halbuki, onlar heç yerindən tərpənməyib elə İstanbulda qalsaydılar, rahatlıqla Bakıdan göndərilən təyyarəyə minərdilər. Bununla da nə tələbələr Türkiyənin bu başından o başına çətin yolçuluğa çıxar, nə İğdırda açıq havada qalıb daha çox koronavirusa yaxalanmaq təhlükəsi ilə üzləşər, nə də Azərbaycan dövləti bu qədər əlavə problemlərlə qarşılaşardı. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyevin Bakı ilə koordinasiyasız hərəkəti və ətraflı araşdırma aparmadan atdığı addımlar nəticəsində isə tələbələr xeyli məşəqqətlər çəkməli olmuşdular. Məhz bu səbəbdən də onların arasında olan jurnalist Nigar Mübariz Baş konsulun bu “canayananlığını” belə qiymətləndirmişdi: “Bizi konkret aldatdılar".

 

Şəkildə: Nigar Mübarizin qəfiləsini aldadan adam (Ona dövri mətbuatda "İstanbul xanı" da deyirlər)


Amma Nigar Mübarizin olduğu qəfilə canını yaxşı qurtarıb. Görünür, Naxçıvan Muxtar Respublika rəhbərliyi jurnalist vasitəsilə dilə-dişə düşməmək üçün həmin qəfiləni dərhal Bakıya yola salıb. Həmin tələbələr indi paytaxtın müxtəlif otellərində karantin altındadırlar.

Nigar xanımın təbiriylə desək, əsl “aldadılanlar” isə ikinci qəfilə olub. Naxçıvana keçmək üçün İğdıra pənah aparan ikinci qəfilədəki tələbələrin sayının 80 nəfər civarında olduğu bildirilir. İğdırda Qarsdakı Baş konsulluğumuzun nümayəndəsi Behbud Qadalı ilə Naxçıvana keçmək mücadiləsinə girişən tələbələr, nəhayət ki, istəklərinə nail olublar. Amma sən demə onları Naxçıvanda böyük bir sürpriz gözləyirmiş.

 

Şəkildə: Behbud Qadalı (Qars “xanı”nın İğdır canişini)

Martın 25-də gecə saatlarında Naxçıvana keçər-keçməz Duzdağ Fizioterapiya Mərkəzinə aparıldıqlarını eşidəndə tələbələrin nə qədər sevindiklərini təsəvvür etmək çətin deyil. Niyə də olmasın? Adını eşidib üzünü görmədikləri bu şəfa ocağında 14 gün qalmaq hətta ən şanslı astma xəstələrinə belə nəsib olmur. Dünyada, xüsusilə keçmiş sovet respublikalarında adı dillər əzbəri olan Duzdağ Fizioterapiya Mərkəzini dərindən tanımaq imkanına malik olacaqlarına sevinən tələbələrin bu ümidləri uzun sürmür. Duzdağdakı mağaraya girəndə dəhşətlə qarşılaşırlar.

Koronavirus şübhəlilər üçün hər kəsin ayrı-ayrı məkanlarda tutulması vacib şərtlərdən sayılduğu halda, tələbələrə burda yerin 10 metr dərinliyində kollektiv həyat təklif olunur.

 

Tələbələrin dediyinə görə, çarpayılar az qala bir-birinə bitişik yerləşdirilən bu məkanda havanı təmizləmə sistemi də yoxdur. Duzdağın astma xəstələri üçün şəfaverici havası da ürəklərində insan kimi müəmələ görəcəklərini düşünən tələbələrin sinəsinə çox da uyğun gəlməyib. Üstəlik, onların yatacaqları yorğan-döşək də kirin içindəymiş. Belə görünür ki, əvvəl burda yatan xəstələrin yataq dəstləri dəyişdirilməyib və bu da tələbələrdə narazılıq yaradıb.

 

Şəkildə: Koronavirus karantinində yataqlar


Tələbələrin fikrincə, Naxçıvanın dünyaca məşhur tibb brendi sayılan Duzdağda sanitariyadan əsər-əlamət yoxdur. Hamam və tualetlərdən isə danışmağa belə dəyməz. Nə işığı var, nə də yuyunmağa suyu. Bir sözlə, Naxçıvanda koronavirusdan qorunmaq üçün Duzdağ mağarasına salınan tələbələrə ibtidai icma quruluşunda nənə və babalarının necə həyat sürdüyünü bizzat yaşatmaq istəyiblər. Qədirbilməz tələbələr isə MR rəhbərliyinin onlar üçün  göstərdiyi bu diqqətə görə təşəkkür etmək əvəzinə, Tanrılarına təpik atıblar. Bu da həmin təpik atma anları




Ana səhifəyə qayıt        Baxış: 6 604          Tarix: 26-03-2020, 10:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma