Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
“Bu günə qədər təcili maliyyə dəstəyinə bu dərəcədə artan tələblə rastlaşmamışıq”.
Ovqat.com xəbər verir ki, bu fikirləri BVF-nin prezidenti Kristalina Georgiyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərindəki mərkəzi ofisində keçirdiyi mətbuat konfransında virtual-çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, BVF 1 trilyon dollarlıq maliyyə imkanlarından koronavirusun təsirləndiyi ölkələrə dəstək verməyə hazırdır və 90-dan çox ölkə təcili kömək üçün artıq müraciət edib.
Georgiyeva həmçinin vurğulayıb ki, koronavirusa qarşı ən həssas iqtisadiyyatlar yüksəlməkdə və inkişaf etməkdə olan iqtisadiyyatlardır.
Məlumat üçün qeyd edək ki, dünya ölkələri iqtisadi göstəricilərinə görə, 2 kateqoriyaya bölünür: inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr. Odur ki, xanım Georgiyevanın çıxışındakı “inkişaf” sözünü görüb “söhbət başqa ölkələrdən gedir” təsəllisinə qapılmayıb. BVF prezidentinin nəzərdə tutduğu kateqoriyaya biz də daxilik. Zira iqtisadi göstəricilərə görə, üçüncü kateqoriya yoxdur ki, dünya iqtisadçıları bizi həmin sinfə aid edələr. Ölkəmizin iqtisadi vəziyyəti isə inkişaf etmişlər sırasında görünməyimizə imkan vermir.
Çıxışında indiki vəziyyəti 2008-ci il böhranı ilə müqayisə edən Georgiyeva durumun daha bərbad olduğunu etiraf edərək deyib: “Nəinki 2008-ci il böhranı, hətta Beynəlxalq Valyuta Fondunun (BVF) tarixində dünya iqtisadiyyatı belə bir durğunluq yaşamayıb”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar