“2008-ci il maliyyə böhranının təsirləri üzərindən 10 il keçməsinə baxmayaraq, istehsaldan tutmuş, doğum saylarına qədər bir çox sahədə hələ də davam edir”.
Eaudit.az xəbər verir ki, bu fikirlər Beynəlxalq Valyuta Fondunun (BVF) 8-12 Oktyabrda İndoneziyada keçiriləcək Dünya Bankının illik toplantısı ərəfəsində hazırladığı “Qlobal iqtisadi mənzərə” adlı hesabatındandır.
Hesabatın "2008-ci il Maliyyə böhranından 10 il sonra qlobal iqtisadi toparlanma" adlı bölümündə vurğulanır ki, Amerikanın maliyyə nəhəngi “Lehman Brothers”ın iflası ilə başlayan tənəzzülün bu günə qədər təsirləri incələnib və dövlət borcu - Ümumi Daxili Məhsul nisbətinin bu proses sonrasında orta hesabla 36%-dən 52%-ə yüksəldiyi təsbit olunub.
Bildirildiyinə görə, xüsusilə inkişaf etmiş ölkələrin mərkəzi banklarının balansları mülkiyyət alışı proqramları səbəbindən böhrandan əvvəlki dövrlə müqayisədə 3 və ya 4 dəfə artıb:
"2007-2008-ci illəri arasında 18-i inkişaf etmiş olmaqla 24 ölkədə bank böhranları yaşayıb. Bu qrupun 85%-də Ümumi Daxili Məhsul, 2008 böhranından 10 il sonra belə, hələ də 2009-cu ildən əvvəlki dövrə nisbətən daha aşağıdır".
Hesabatda həmçinin qeyd olunur ki, 2007-2008-ci illər arasında bank böhranı yaşamayan iqtisadiyyatların da 60%-də Ümumi Daxili Məhsulun həcmi maliyyə böhranından əvvələ nisbətən daha aşağı olub.
İstehsal səviyyələrilə yanaşı kapital yığımı və investisiyaların da böhranın təsirlərindən hələ də xilas olmadığı vurğulanan hesabatda 2008-ci il maliyyə böhranının doğum nisbətləri və miqrasiya kimi qeyri-iqtisadi sahələrı də təsir göstərdiyi bildirilib. Hesabata görə, böhrandan sonra inkişaf etmiş ölkələrdə doğum nisbətləri və miqrant girişləri azalıb.
Qeyd edək ki, Azərbaycan 2008-ci il maliyyə böhranını ilk bir neçə il təsirlənmədən yola versə də, bunun nəticəsində yaranan neft qiymətlərinin aşağı düşməsi prosesində dərin tənəzzül yaşadı. 2015-ci ildən bu yana ölkədə 10-dan artıq bank bağlandı. Təkcə 2016-cı ildə balanan bank sayı 9 ədəd idi.
Maliyyə böhranının güdazına gedən banklardan bir neçəsi bunlardır:
"Azərbaycan Kredit Bankı” ASC - 10 iyul 2015-ci il
"Bank of Azerbaijan” ASC - 18 yanvar 2016-cı il
27 yanvar 2016-cı il
"Qafqaz İnkişaf Bankı" ASC
"Atrabank" ASC
"Texnikabank” ASC - 1fevral 2016-cı il
"Bank Standard" - 1 oktyabr 2016-cı il
21 iyul 2016-cı il
"Dekabank” ASC,
"Kredobank” ASC,
"Parabank” ASC
"Zaminbank” ASC
23 dekabr 2017-ci il
"DəmirBank" ASC
Ovqat.com xəbər verir ki, maliyyə böhranının bütün günahı Beynəlxalq Bankın üzərinə yükləndi və bankın sabiq sədri Cahangir Haciyev işdən çıxarılaraq həbsə atıldı. Sabiq bankın məhkəmə prosesi indiyə qədər davam edir.
Paylaş: