Xəbər lenti

Beynəlxalq Valyuta Fondu (IMF) Almaniyanın Hamburq şəhərində iyulun 7-8-də keçiriləcək G20 liderləri sammitindən əvvəl "Qlobal gözləntilər və maliyyə siyasətlərinin gətirdiyi çətinliklər" adlı hesabatını açıqlayıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, hesabatda qlobal iqtisadiyyatın bərpasına dəstək verən bəzi amillərin problemlər yaratdığına diqqət çəkilib. IMF bildirib ki, proteksionist siyasət, beynəlxalq münasibətləri poza biləcək təşəbbüslər və getdikcə artan maliyyə problemləri dünya üçün risk yaradır.

IMF hesabatında ABŞ Prezidenti Donald Trampın "Öncə Amerika" şüarı altında proteksionist siyasətini hədəf alıb. Bununla yanaşı, Çində iqtisadi artımı dəstəkləyən amillərin artıq davam etdirilə bilinməyəcəyi qeyd olunub. Çinin uzun müddət özəl və dövlət xərcləri ilə iqtisadi artıma dəstək verə bilməyəcəyi vurğulanır.

Həmçinin, hesabatda aşağı faizlərin maliyyə sisteminin rentabelliyini aşağı saldığı, inkişaf etməkdə olan ölkələrdə isə yüksək borclara səbəb olduğu bildirilib. Almaniya iqtisadiyyatına toxunan IMF, bu ölkənin daha ekspansionist siyasət həyata keçirmək zərurətindən qeyd edib. Bununla yanaşı, Yaponiyaya da mülayim monetar siyasətin davam etdirilməsi tövsiyə olunub.

Braziliya, Meksika və Hindistan kimi inkişafda olan ölkələrə isə IMF iqtisadi şoklardan qorunmaq üçün valyuta məzənnələrinə müdaxilə etməməyi məsləhət görüb.

 




Ana səhifəyə qayıt        Baxış: 832          Tarix: 6-07-2017, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma