Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Son 24 saatda dünyada 8 min 672 nəfər koronavirusdan həyatını itirib, 86 min 500 min nəfərdə isə bu xəstəliyin simptomları aşkarlanıb.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, bununla da koronavirus qurbanlarının sayı 154 min 266-ya, yoluxanların sayı isə 2 milyon 250 min 790-a yüksəlib.
Ötən gün koronavirusa ən çox qurban verən ölkələrin başında yenə ABŞ gəlir. Dünən bu ölkədə 2 min 535 nəfər koronavirus infeksiyasından ölüb, 32 min 165 yeni yoluxma faktı qeydə alınıb. Beləcə, ABŞ-da indiyədək virusa yoluxanların ümumi sayı 709 min 735, bu səbəbdən ölənlərin sayı isə 37 min 154 olub.
ABŞ-dan sonra koronavirusa ən çox qurban verən ikinci ölkə Çindir. Dünən Çində 1290 nəfər “əsrin vəbası”na qurban gedib. Yoluxanların sayı isə 325 nəfər olub. Dünənki itkilərdən sonra Çinin rəsmi rəqəmlərinə inansaq, cəmi 66 koronavirus daşıyıcısı qalıb. Bu da ölkənin yaxın günlərdə “əsrin vəbası”ndan tamamilə qurtulacağı mənasına gəlir.
Ötən gün ərzində Avropada koronavirusun ən çox zərər verdiyi ölkə isə İngiltərə olub. İngiltərədə dünən 847 nəfərin bu virusdan öldüyü bildirilir. 5 min 599 nəfərdə isə yoluxma halı qeydə alınıb. Dünənki artımlarla ölənlərin ümumi sayı 14 min 576-ya, yoluxanların sayı 108 min 692-yə yüksəlib.
Son 24 saatda Avropada koronavirusa ən çox qurban verən 2-ci ölkə Fransadır. Fransada gün ərzində 761 nəfər koronavirusa qurban gedib. Nəticədə Fransada eyni səbəbdən ölənlərin ümumi sayı 18 min 681-ə yüksəlib.
Qoca qitənin koronavirus episentri sayılan iki ölkəsi - İtaliya və İspaniyada da vəziyyət ürəkaçan olmayıb. Ötən gün İspaniya həm ölüm, həm yoluxma sayında İtaliyanı geridə buraxıb. İspaniyada 687 nəfər ölüb, 5 min 891 nəfərdə isə yoluxma faktı aşkarlanıb. Yeni yoluxma göstəricilərinə görə, İspaniya ABŞ-dan sonra ikinci ölkə olub. Ümumi ölüm sayında isə o, dünən 20 mini keçən 3-cü ölkəyə çevrilib – 20 min 002 ölüm. İspaniyada dünən qeydə alınan bu göstəricilər ölkənin pik nöqtədən aşağı enmə mərhələsinə qədəm qoyması barədə ötən günlərdə formalaşan qənaətləri alt-üst edib. Belə məlum olub ki, İspaniya “qırmızı aşırımı” hələ də adlaya bilməyib. Ölkədə 7 min 371 xəstənin vəziyyəti ağır və kritikdir. İndiyə qədər isə İspaniyada 190 min 839 nəfər koronavirusa yoluxub və bu göstərici ilə o, ABŞ-dan sonra ikinci ölkə “statusu qazanıb”.
ABŞ-dan sonra koronavirusa ən çox itki verən ölkə isə İtaliyadır. İtaliyada indiyədək 22 min 745 nəfər koronavirusdan dünyasını dəyişib. İndiyədək bu ölkənin 172 min 434 vətəndaşı koronavirusla imtahana çəkilib. Dünən bu imtahanda 575 italyan vətəndaşı kəsilib; yəni həyatını itirib. 3 min 493 italyan isə ölüm-qalım imtahanına başlayıb.
Ötən günün koronavirusla ən ağır imtahana çəkilən 5 ölkə (Çindən gələn məlumatların səhihliyi şübhə doğurduğundan siyahıya salınmayıb):
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar