Xəbər lenti


Bu gün COVİD-19 virusuna yoluxanların sayı 1 milyon 182 min 825 nəfərə yüksəlib.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, virusdan ölənlərin ümumi sayı isə 63 min 924 nəfər olub.
Koronavirusun öldürücülük gücü də artıb. Dünənə qədər sağalanlarla ölənlər arasındakı nisbət 20% idisə, bu gün 21% olub.
İndiyədək sağalanlar 244 min 108 nəfərdir.
Hazırda dünya üzrə 41 min 965 koronavirus xəstəsinin vəziyyəti ağır və kritik olaraq qiymətləndirilir.
Son 24 saat ərzində ən çox ölüm hadisəsi Fransada yaşanıb – 1053 nəfər. Onu 769 ölümlə ABŞ izləyir. Ölüm hadisəsinə görə 3-cü yer Böyük Britaniyaya aiddir – 708. İndiyədək koronavirusa ən çox qurban verən İtaliyada 681 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da İtaliyanın ümumi itkisi 15 min 362-ə yüksəlib. 
Ümumi ölüm sayına görə 2-ci sırada yer alan İspaniya indiyədək koronavirusdan 11 min 744 insanını itirib. Bu gün həmin ölkədə ölənlərin sayı isə 546 olub. 
Bu gün koronavirusa ən çox yoluxan ölkə ABŞ-dır – 23 min 986. İndiyədək isə 301 min 147 ABŞ vətəndaşı bu virusa yaxalanıb. Onların 8 minə yaxının vəziyyəti ağır və ya kritikdir. Yoluxanların sayında İspaniya bu gün İtaliyanı keçib. İspaniyada indiyədək 124 min 736, İtaliyanın isə 124 min 632 vətəndaşı koronavirus xəstəsidir. 
Son 24 saatda ümumilikdə 66 min 182 nəfər koronavirusa yoluxub, 4 min 754 nəfər ölüb.


Ana səhifəyə qayıt        Baxış: 1 839          Tarix: 4-04-2020, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma