Xəbər lenti

 
Son günlər koronavirus yoluxmalarında və ölüm hadisələrində ciddi azalmalar müşahidə olunur.
 
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, ötən gün dünyada 80 minə yaxın yeni yoluxma faktı aşkarlanıb, ölənlərin sayı isə 3 min 510 nəfər olub. Bununla da indiyədək dünya üzrə koronavirusa yoluxanların sayı   4 milyon 178 min 154-ə, ölənlərin sayı isə 283 min 734-ə yüksəlib.
 
ABŞ 
 
Ən çox yoluxma və ölüm faktında ABŞ yenə birinci olub. Ötən gün ölkədə 750 nəfər ölüb, 20 mindən çox yeni yoluxma qeydə alınıb. Bununla da ABŞ-da koronavirus ölümlərinin sayı 80 mini, yoluxanların sayı isə 1 milyon 367 min 638-i keçib. ABŞ-da hələ də 16 min 500-dən çox ölümcül koronavirus xəstəsi var. 
 
Bununla belə, ölkədə ötən gün qeydə alınan koronavirus rəqəmləri “əsrin bəlası”nın xeyli səngidiyini göstərir. Dünənədək ABŞ-da ölənlərin sayı 2 mini, yoluxanların sarı isə 30 mini keçirdi. Dinən isə xüsusilə ölüm sayında 3 dəfə azalmanın qeydə alınması ABŞ-ın pik nöqtəsindən uzaqlaşdığını göstərir. Qeyd edək ki, son 3 gündür bu statistikada qismi azalmalar müşahidə olunurdu.
 
Braziliya 
 
Dünən 467 nəfərin koronavirusdan öldüyü Braziliyada 6 min 638 nəfərdə yoluxma halı aşkarlanıb. Ölkə koronavirus epidemiyasında daha yeni-yeni pik nöqtəyə doğru irəlilədiyindən ümumi ölüm və yoluxma saylarında Avropa ölkələrindən xeyli geridədir. Bu zamanadək Braziliyada 162 min 699 nəfər bu xəstəliyə yoluxub, 11 min 123 nəfər isə həyatla vidalaşıb.  
 
 
İngiltərə
 
Koronavirus statistikasına görə, Avropada birincisi, dünyada isə ikinci yeri tutan İngiltərə dünən gündəlik ölüm sayında dünya 3-sü ola bilib. Bununla belə, onun da koronavirusa verdiyi qurban sayında ciddi azlamalar var. Ölkədə 268 nəfərin koronavirusdan öldüyü bildirilir. Yoluxma sayında isə İngiltərədə vəziyyət o qədər də yaxşı deyil. Ötən gün ərzində 4 minə qədər yoluxma halının müşahidə olunan ölkədə indiyə qədər 219 min 183 nəfər koronavirusla imtahana çəkilib. Onlardan 31 min 885-i dünyasını dəyişib. 
 
İspaniya və İtaliya
 
Bir müddət əvvələ qədər koronavirus statistikalarında ilk iki yeri tutan bu ölkələrdə son zamanlar səngimə açıq-aşkar görünür.  Dünən   İspaniyada 143, İtaliyada isə 165 nəfər dünyasını dəyişib. Gündəlik yoluxma sayında da ciddi azalma var:
İspaniya1 min 880,
İtaliya802 nəfər.
 
İndiyə qədərki ölüm və yoluxma halları:
İspaniya26 min 663 ölüm, 264 min 663 yoluxma,
İtaliya30 min 560 ölüm, 219 min 070 yoluxma.
 
Rusiya
 
Ötən gün ən çox koronavirusa yoluxan 2-ci ölkə Rusiyadır. Ölkədə 11 min 012 yoluxma halı, 88 nəfər isə ölüb. Rusiyada indiyə qədərki yoluxma sayı 209 min 688-ə, ölüm sayı isə 1915-ə yüksəlib. 
 
Dünən koronavirusa ən çox qurban verən 10 ölkə





Ana səhifəyə qayıt        Baxış: 2 938          Tarix: 11-05-2020, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma