Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Nyu-Yorkda yeni növ koronavirus (Kovid-19) müalicəsi alan xəstələrin üçdə birindən çoxunda böyrək çatışmazlığı yaranıb və onlardan təxminən 15 faizinin vəziyyəti dializlikdir.
Ovqat.com xəbər verir ki, bunu Beynəlxalq Böyrək (Kidney International) jurnalı yayıb.
Jurnalın məlumatına görə, New York əyalətinin ən böyük sağlamlıq müəssisəsi olan 'Northwell Health' qrupunun apardığı araşdırmadan bu nəticə hasil olub.
Tədqiqatın müəlliflərindən biri olan 'Northwell Health'-in Nevrologiya şöbəsinin müdiri Kenar Caveri araşdırmalarının nəticəsi barədə deyib:
"Müalicəyə gələn 5449 xəstənin 36,6 faizində kəskin böyrək çatışmazlığı problemi inkişaf etdiyini gördük. Onlardan 14,3 faizi dializ cihazına qoşulmalı oldu”.
Jurnalın iddiasına görə, sözügedən araşdırma koronavirus xəstələrində böyrək xəstəliklərini araşdıran ən təfsilatlı araşdırmalardan sayılır.
Caveri, bu araşdırmanın, dünyada 4.4 milyondan çox insana yoluxan və 298 mindən çox insanın ölümünə səbəb olan koronavirusla mübarizədə digər xəstəxanalar işinə kömək edə biləcəyinə inanır.
Tədqiqat 1 mart-5 aprel tarixləri arasında xəstəxanaya yerləşdirilən 5 mindən çox koronavirus xəstəsinin tibbi qeydləri əsasında araşdırılıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar