“Azərbaycanda böyrək xəstəliyinin yaranmasınının 28-31 faiz hallarda əsas səbəbi şəkərli diabetdir”.
Publika.az xəbər verir ki, bu sözləri M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev ölkədə xroniki böyrək çatışmazlığı və böyrəklərin xroniki xəstəliyilə mübarizə, bu sahələrdə dövlət qayğısı və həyata keçirilən tədbirlərə həsr edilmiş tədbirdə deyib.
F.Babayev deyib ki, hemodializin böyük məsrəf tələb edən müalicə olduğunu və bir xəstənin illik müalicə xərci dövlətə 13-15 min manata başa gəlir: “2003-cü ildə 3 hemodializ mərkəzi var idi, bu gün onların sayı 38-ə çatıb. Bu mərkəzlərdə xəstələr pulsuz müalicə edilir. Bu müalicə xəstələrin gündəlik həyat tərzinə çevrilib. Bu gün respublikada heç bir hemodializ xəstəsi növbə gözləmir. Bir aparat 6 xəstəyə xidmət göstərə bilir. Bütün dializ mərkəzləri 3 növbədə fəaliyyət göstərir. Dünyada yalnız 75 faiz hemodializ xəstələrinin müalicəsi dövlət tərəfindən qarşılansa da, bizdə 100 faizdir”.
F.Babayev söyləyib ki, xroniki böyrək çatışmazlığında əsas problemlərdən biri də böyrək köçürmə ilə bağlıdır: “Təkcə bu il 54 nəfərə böyrək köçürülüb. Əhalinin çox olduğu bölgələrdə müalicəyə cəlb edilən xəstələrin də sayı çox olur. Bu zaman da aparatları sayı xəstələrin sayına nisbətən az ola bilir. Yaşadığı regionda bu problem yaşanan xəstələr qonşu rayonlarda onlara bu xidmət göstərilir. Hemodializ xəstələrin sıxlığı əsasən cənub və qərb bölgəsində daha çox olur. Cənub bölgəsində buna səbəb rütubətin və xəstələnmə halının çox olması, qərb bölgəsində isə əhalinin çox olması ilə bağlıdır”.
Paylaş: