Xəbər lenti
 
 
 
Los-Ancelesdə ermənilərlə azərbaycanlılar arasında baş vermiş toqquşma ilə əlaqədar istintaqa başlanıb. Polis nifrət zəmnində yol verilmiş zorakılıqla bağlı araşdırmalara başlayıb.
 
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın “Los Angeleno” nəşri yayıb.

Nəşrin Azərbaycan konsulluğu yaxınlığında baş verənlərlə əlaqədar istintaq gedir” sərlövhəli məqaləsində qoyd olunub ki, iki postsovet ölkəsi olan Ermənistanla Azərbaycan sərhədində bu günlərdə baş vermiş hərbi toqquşma nəticəsində ən azı 16 nəfər həyatını itirib: “Ermənistanın Müdafiə Nazirliyi ölkənin şimal-şərqində, Azərbaycan və Gürcüstanla sərhəddə yerləşən Tavuş rayonunun atəşə tutulmasında, mülki vətəndaşların və infrastrukturun hədəfə alınmasında Azərbaycan tərəfini günahlandırır. Azərbaycan isə bu iddiaları rədd edir, əksinə, Ermənistanı Azərbaycan kəndlərini atəşə tutmaqda günahlandırır.
 
İki ölkə sərhədindəki toqquşmalardan bir neçə gün sonra – iyulun 21-də yerli ermənilər Azərbaycanın Los-Ancelesdəki konsulluğunun qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. “ABC 7” kanalı nümayişi “böyük aksiya” kimi xaraterizə edib. Aksiyanın gedişi havadan belə, çəkilib. Lakin aksiyanın gedişində erməni etirazçılarla azərbaycanlı qrup arasında toqquşma baş verib.
Hazırda Los-Anceles polisi nifrət zəmnində zorakılıq hərəkətlərilə bağlı istintaqa başlayıb. Toqquşma nəticəsində 3 nəfər ciddi xəsarət alıb.
 
Los-Anceles polisinin kapitanı Rendi Qoddard bildirib ki, “kütlə onu sakitləşdirmək istəyənlərə qulaq asmadan, qarşı tərəfi təxribata çəkmək üçün küçəni keçib”. Davanın qarşısını almağa çalışan polislərdən biri gözündən zərbə alıb.
 
Amerika Erməniləri Milli Komitəsinin üzvü Aleks Qalitskiyin sözlərinə görə, qarşı tərəf etiraz edən ermənilərə daş, su şuşələri ataraq, irqçi şüarlar səsləndirib, onları davaya təhrik edib.
 
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində Amerika Erməniləri Milli Komitəsi üzvlərinin dinc azərbaycanlılara hücum etdiyini yazıb. Onun sözlərinə görə, azərbaycanlıları yaralamış erməniləri məhz Amerika Erməniləri Milli Komitəsi maliyyələşdirib.
 
“Hesab edirəm ki, Los-Ancelesdə belə şey baş verməməlidir”, - deyə Nəsimi Ağayev “NBC News”a bildirib: “Hər kəs öz fikrini dinc şəraitdə ifadə etmək, düşüncəsini ortaya qoymaq imkanına malik olmalıdır”.


Ana səhifəyə qayıt        Baxış: 3 100          Tarix: 25-07-2020, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma