Xəbər lenti
Bu gün, 23:16
Bu gün, 21:43
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov “Albanian Daily News” nəşrinə sərhədlərimizdə baş verən son hadisələrdən danışıb. Nəşrin “Ermənistanla Azərbaycan arasında hərbi toqquşma” sərlövhəli məqaləsinin tərcüməsini təqdim edirik.
Ermənistan ordusu iyulun 12-də Azərbaycanın Tovuz rayonunda yerləşən mövqelərini ağır artilleriyadan atəşə tutub. Azərbaycanın bu bölgəsi Ermənistanla sərhəddə yerləşir. Hərbi toqquşma nəticəsində 11 azərbaycanlı hərbçi həyatını itirib, 4 nəfər yaralanıb.
İyulun 13-14-də Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhali yaşayan kəndlərini də hədəfə alıb. Nəticədə bir mülki vətəndaş həyatını itirib.
Bu gün Ermənistanda istər siyasi, istərsə də sosial-iqtisadi sahədə qeyri-sabit vəziyyət hökm sürür. Müxalifət ölkə rəhbərliyinə qarşı genişmiqyaslı kampaniya aparır, koronavirus pandemiyası isə vəziyyəti daha da ağırlaşdırır. Odur ki, Yerevan diqqəti daxili problemlərdən yayındırmağa çalışır. Onlar hərbi təxribata məhz bu məqsədlə əl atıb.
Bundan başqa, son illərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni ərazilərin işğalı ilə bağlı hədələyib. Hər halda, milli təhlükəsizlik strategiyasının əsasını təcavüzkar siyasətin təşkil etdiyi Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etməyə, regionda gərginliyi artırmağa çalışdığını açıq-aşkar ortaya qoyur. Halbuki, o, Dağlıq Qarabağ münaqişəsinin mənfi nəticələrini aradan qaldırmalı, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisindən çıxarmalıdır.
Ermənistan sərhəd əraziyə son hücumla bölgədə hərbi gərginlik yaratmağa, bununla da regional hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə də çalışır. Bildiyiniz kimi, KTMT üzv ölkələrin sərhədlərinə birbaşa təhlükə olduğu halda münaqişəyə cəlb oluna bilər. Demək, o, işğal altındakı Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonda yerləşən Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələrini ayıran təmas xəttindəki vəziyyətə qarışa bilməz. Çünki münaqişə KTMT-nın üzvü olmayan ölkənin, yəni Azərbaycanın ərazisindədir.
Təsadüfi deyil ki, Tovuz rayonu istiqamətində baş vermiş son döyüşlərdən sonra Ermənistan KTMT-yə bununla bağlı müraciət ünvanlayıb. Amma təşkilatın üzvləri reallıq hissini itirməyərək müdrik qərar verib. Hər halda, KTMT-nin Ermənistan-Azərbaycan sərhəddində baş verənlərlə bağlı təcili iclası təxirə salınıb.
Azərbaycan heç zaman qonşu ölkələrin ərazilərinə iddia etməyib. Bu gün Bakı sadəcə, Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Ermənistanın işğalından azad etməyə çalışır. Odur ki, Azərbaycanın təmas xəttindən uzaqda hücuma başlaması məntiqli deyil. Ermənistanla yeni cəbhənin açılması nə ölkənin xarici siyasətinə, nə də hərbi doktrinasına uyğundur.
Həm maraqlı, həm də narahatedici məsələlərdən biri də Ermənistan ordusunun hücum etdiyi, işğalına çalışdığı bölgədən “Cənub Qaz Dəhlizi” kimi vacib enerji infrastrukturu keçir. Dünyanın ən uzun qaz kəməri olan “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərlərindən ibarətdir. O, Avropanın enerji təhlükəsizliyini təmin edən vacib enerji layihələrindən biridir. Bundan başqa, “Cənub Qaz Dəhlizi” Azərbaycanla Albaniya arasında əsas körpü rolunu oynayır. Odur ki, Ermənistanın hücumu Albaniyaya və Avropanın digər hissələrinə bu kəmər vasitəsilə qaz tədarükünü də təhlükə altına salır. Onun vasitəsilə 2020-ci ilin sonundan Avropaya qaz nəqli planlaşdırılır.
Hərbi ekspertlərin təhlilləri göstərir ki, Ermənistan ağır artilleriyadan istifadə etməklə, qəfil hücuma başlayıb. Ermənilərin iddialarına görə isə guya hucuma azərbaycanlı hərbçilər başlayıb, onlar UAZ-la sərhədi keçməyə cəhd göstərib. Bu, əlbəttə, gülünc və ağlasığmaz iddiadır. Əgər Azərbaycan Ordusu hücuma keçmək istəsəydi, UAZ-la deyil, arsenalındakı müasir hərbi texnikalardan istifadə edərdi.
İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda bu hərbi təxribatın araşdırılması məqsədilə Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrin toqquşmanın baş verdiyi əraziyə dəvət edilməsi qərara alınıb. Eyni zamanda, Bakı beynəlxalq təşkilatlara müvafiq müraciətlər də edib.
Ermənistanın bu hərbi təxribatı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə aparılan danışıqlar prosesini də şübhə altına qoyub. Bundan başqa, Ermənistan hərbi əməliyyatlara beynəlxalq ictimaiyyətin COVID-19-la mübarizə apardığı bir vaxtda başlayıb. Halbuki, BMT-nin Baş katibi pandemiya dövründə qlobal atəşkəs çağırışı ilə çıxış etmiş, Ermənistan isə bu təşəbbüsü dəstəklədiyini bildirmişdi. Bu, riyakarlıqdan başqa bir şey deyil.
Bir sözlə, regionda və ondan kənarda gərginliyə səbəb olmuş hərbi təxribatın məsuliyyəti Ermənistanın üzərindədir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar