Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
ABŞ-ın B-52H Stratofortress nüvə bombardmançısı Rusiyaya 50 km-ə qədər yaxınlaşıb.
Ovqat.com xəbər verir ki, Rusiyanın “Vzqlyad” nəşri bu iddia ilə çıxış edib.
Украина станет плацдармом для ядерного удара США по России
Nəşrin məlumatına görə, ABŞ-ın nüvə silahı daşımağa qadir iki B-52 bombardmaçısı Krım yaxınlığında uçuş həyata keçirib. “ABŞ təyyarələri əvvəllər Qara dəniz üzərində peyda olurdular, lakin ilk dəfə Krıma Ukraynanın ərazisindən – qurudan yaxılaşıblar. Ekspertlər əmindirlər ki, Ukrayna səmasında bombardmançılar nəinki potensial döyüş əməliyyatları şəraitini öyrənir, həm də hava hücumunun taktikasını işləyib hazırlayırlar”, nəşr belə yazır.
Bildirildiyinə görə, ötən həftənin cümə günü məlum olub ki, Amerikanın B-52H Stratofortress ("Stratofortress") iki strateji bombardmanı İngiltərənin Fairford bazasından havaya qalxıb, Hollandiya, Almaniya və Polşa üzərində uçub, sonra Ukraynanın hava məkanına daxil olub və Krıma tərəf yön alıb. Bu barədə RİA "Novosti" monitorinq resurslarına istinadən məlumat verib. RİA-nın iddialarına əsasən, bombardmançılar yarımadanın 53 km-nə qədər yaxınlaşıblar.
RİA "Novosti"-nin istinad etdiyi monitorinq resurslarından biri İtaliyanın Hərbi Hava Qüvvələrinin istefada olan zabiti David Çensiotti tərəfindən yaradılmış “Theaviationist”dir. “Theaviationist” bildirib ki, bombardmançılar transponderləri də işlək vəziyyətə gətirərək Ukrayna üzərindən uçublar. Müşahidə qurğularının sayəsində təyyarələrin bort nömrələri asanlıqla müəyyənləşdirilib: 61-0034, 60-0005 və 60-0044. Onların radio-çağırış işarələri isə "Julia 51, 52 və 53" olub.
Marşrutun son nöqtəsindəki “Julia-53” koordinatı Xerson bölgəsini Zaporojye bölgəsi ilə birləşdirən magistral yolun üstündəki Geniçesk meydanı (Xerson bölgəsi) - Stepanovka Pervaya (Zaporojye bölgəsi) ərazisindəki bir kvadratı göstərir. Təyyarələr sonra Kiyevə qayıdıb.
“Julia-53” koordinatı Rusiya ərazisindən 50 km aralıda yerləşir ki, bu da lokatorlar tərəfindən aydın qeydə alınıb.
“Amerika Hərbi Hava Qüvvələrinin Birləşmiş Ştatlarla dost olan Avropa ölkələrinin hava məkanında “dost və ya düşmən ”sistemini işə salmamaq vərdişi var”, - deyə blogger (David Çensiotti) yazır: "Təyyarələrin Krım yaxınlığında açıq sistemlə uçması isə bundan xəbər verir: hər üç “Julia”-da qəsdən gözə çarpmaq istəyiblər".
Bloggerin fikrincə, Qara dənizdən eyni zamanda daha 3 kəşfiyyat təyyarəsinin Rusiya sərhədinə doğru uçması da diqqət cəlb edib: “Amerikanın “Boeing RC-135 RiverJoint” elektron kəşfiyyat təyyarəsi, “Boeing P-8A Poseidon” sualtı patrul təyyarəsi və “Bombardier Global Express Sentinel R.1” ingilis kəşfiyyat təyyarəsi.
İstefada olan general-leytenant, Quru Qoşunlarının HHM ordu Komandanının keçmiş müavini, texnika üzrə elmlər doktoru Aleksandr Luzan xatırladır ki, Pentaqon hələ Yuqoslaviyada "kəşfiyyat-zərbə alətləri döyüş qrupları" adını almış hava hücumunun yeni taktikasını işləyib hazırlamışdı: "Bu taktiki planlarda kəşfiyyatçı və bombardmançı təyyarələrin obyektlərinə qoşa müdaxilələri nəzərdə tutulur. Hərbi planlar hazırlamaq onların hüququdur. Bizim hava məkanımız amerikalılar tərəfindən pozulmayıb. Anladığınız kimi, ABŞ hərbi təyyarələrini öz hava məkanına buraxdığına görə Kiyevə qarşı iddialar irəli sürmək də lazım deyil", – deyə general “Vzqlyad”a açıqlamasında bildirib.
"Mənə 1950-1960-cı illərdə ADR-də hərbi xidmət etmək nəsib olub. Və sonra onun sərhəd boyunca bir gün üç dəfə 20 km hündürlükdə Amerikanın strateji kəşfiyyat təyyarələri uçdu.
Nə edə bilərdik? Hava hücumundan müdafiə raket sistemi onları müşayiət edir, döyüş pilotları hazır vəziyyətdə idi. Burada da vəziyyət eynidir”, - deyir Luzan: "İndi ABŞ-dakı seçkilərə gedir, buna görə seçicilərin diqqətini Amerikanın yerli problemlərindən yayındırmaq üçün Rusiya ilə gərginliyi artırmaqda maraqlı olan bir çox qüvvə var".
Məlum olduğu kimi, “Boeing B-52H Stratofortress” strateji bombardırman təyyarələri 1952-1962-ci illərdə istehsal edilib. Bu gün də o, Amerika Hava Qüvvələrinin uzaq döyüş aviasiyasının əsas təyyarəsi olaraq qalır.
"Amerikanın B-52H Stratofortress bombardmançılarının əsas məqsədi qanadlı raketlərlə nüvə zərbələri endirməkdir. Biz bu insidenti Vaşinqtonun potensial hərbi əməliyyatlar məşqi kimi qiymətləndiririk", - deyə Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko bu barədə “Vzqlayad”a bildirib: "Bundan başqa, biz bu uçuşu Amerika bombardmançıları üçün hava məkanını açan ABŞ və Ukrayna tərəfindən düşmənçilik aktı kimi qiymətləndiririk".
İqor Korotçenko xatırladıb ki, Ukraynanın HHQ-də mütəşəkkil müdafiə sistemi yoxdur: “Kiyev Vaşinqtonun vassalıdır və amerikalılar Ukrayna hava məkanından öz hərbi vəzifələrini həyata keçirmək üçün istifadə edirlər".
İqor Korotçenko
Bu gün Krım S-400 uzunmənzilli zenit-raket kompleksləri ilə əhatə olunur və Kerç boğazı üzərindəki körpü, Sevastopoldakı Qara dəniz Donanması bazası və digər mühüm inzibati, sənaye və müdafiə mərkəzləri kimi ən vacib obyektlər Tor-M2 hava hücumundan müdafiə sistemləri tərəfindən qorunur, hansı ki Suriyada Xmeymim hava bazasının müdafiəsində əla nəticələr göstərib, - mütəxəssis belə deyir.
"Tor-M2 istənilən hücum hədəflərinin məhv edilməsinə yüz faiz zəmanət verir. C-400 ilə birlikdə bu kompleks Rusiyanın cənub sərhədlərində – xüsusilə Krımda hava hücumundan müdafiəni etibarlı şəkildə təmin edir. Buna baxmayaraq, sakit yata bilməyimiz üçün cənubda HHM sistemi daha da gücləndirilməlidir ", – deyən Korotçenkonun fikrincə, bu məsələ xüsusilə indi kəskin şəkildə aktuallaşıb.
Bununla belə, Luzan hesab etmir ki, bombardmançılar Krımda konkret olaraq nüvə silahı daşıyıblar: "Onlar sərhəd boyunca uçublar. Ən əsası isə, Krımda nüvə zərbəsi üçün ümumiyyətlə hədəf də yoxdur. Krım körpüsünü vuracaqlar? Onu adi yüksəkdəqiqlikli silah ilə də vurmaq olar – orada nüvə zərbəsi üçün heç bir hədəf mövcud deyil. B-52 təyyarələri 300 km mənzilli aeroballistik raketlər daşıyır. Krımdan bu mənzil ən yaxşı halda Voronej və Kurska qədər əraziləri əhatə edir".
Luzanın fikrincə, ABŞ bombardımançıları şəksiz ki, bəzi hərbi vəzifələrini yerinə yetiriblər, lakin onların əsas mesajı Ukraynanı 2014 – cü ildən sonra öz əlaltısına çevirdiklərini və üzərində uçmaq hüququna malik olduqlarını göstərmək idi: “Ona görə də Rusiya hər bir belə hadisə üçün Su-27 təyyarələrini havalandırır, qarşı tərəfə cavab verir: “"Biz sizi görürük və sizə istədiyiniz kimi hərəkət etməyə imkan verməyəcəyik" mesajını çatdırır. Və sizi təslim edə biləcəyimizi Suriyada aydın şəkildə Kalibr”lərin, "Torov" və "Bukov"ların vasitəsilə göstərdik",-deyir”.
Luzan hesab edir ki, Krımda amerikalılardan daha çox, Ukrayna hərbçilərindən ehtiyatlanmaq lazımdır. "Krım körpüsünü qeyri – ənənəvi yollarla qorumaq lazımdır, çünki o, özü yüksək əhəmiyyətli qeyri-adi bir qurğudur”,-deyən hərbi ekspert körpünün fəal müdafiə sistemi ilə təchiz olunmasını təklif edir: "Biz tankları "Drozd" sistemi ilə qoyuruq, Krım körpüsünü və ya AES-i yalnız ümumi HHM sisteminin müdafiəsi altında saxlayırıq, bu isə düzgün deyil".
Onun fikrincə, bombardmançılarla bağlı insident Krım obyektlərinin, ilk növbədə isə Kerç boğazı körpüsünün fəal müdafiə sistemlərinin yaradılması üçün siqnal olmalıdır.
Tərcümə Ovqat.com-a aiddir
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar