Xəbər lenti

Rusiya kosmosda nüvə müharibəsinə hazırlaşır - Pentaqon Moskvanın PLANINI AÇDI

Rusiyanın taktik nüvə silahının arsenalını müasirləşdirməsi və genişləndirməsi ölkənin nüvə müharibəsinə hazırlaşdığını göstərir.

Publika.az xəbər verir ki, bu haqda “The Washington Free Beacon” nəşrinə ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) anonim mənbələr bildiriblər.

Nəşr qeyd edir ki, yeni nüvə döyüş başlıqlarının sayının 7 mindən 8 minə qədər artırılması zəif taktik nüvə hərbi yüklərinin hesabına olmalıdır və bu proses 2026-cı ildə başa çatmalıdır. Xüsusi halda, yüksək dəqiqlikli qanadlı raketləri və kosmik peyklərin təchizatı üçün minlərlə ton trotil ekvivalentində olan nüvə hərbi yüklərinin yaradılması planlaşdırılır.

“Belə nüvə modernləşdirilməsi görünür, istənilən adi münaqişə zamanı operativ nüvə silahının tətbiqini tələb edən yeni strateji doktrina ilə bağlıdır”, - nəşr qeyd edir.

Amerika hərbçiləri Rusiyanın nüvə silahına həsr edilmiş məruzəni 2018-ci ilin yanvarında ABŞ prezidenti Donald Trampa təqdim etməyi planlaşdırırlar.

Rusiya hazırda nüvə silahına malik olan dünyanın doqquz ölkəsindən ən böyük arsenala malikdir. Rusiyanın 7 min döyüş başlığı var. İkinci yerdə 6,8 min döyüş başlığı ilə ABŞ yerləşir.




Ana səhifəyə qayıt        Baxış: 938          Tarix: 14-12-2017, 17:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma