Xəbər lenti

 
Avropa indiyədək ən sərt sanksiyaları ilə Rusiya xam neftini hədəfə aldı, lakin yükgöndərənlər və emalçılar neftin mənşəyini gizlətməklə onu bazara çıxarırlar. 
 
Ovqat.com xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə məlumat yayıb.
 
Məlumata görə, Rusiyanın xam neftindən hazırlandığı güman edilən bəzi yanacaqlar keçən ay Nyu-York və Nyu Cersiyə gətirilib.
 
Göndərmə qeydlərinə, refinitiv məlumatlarına və Helsinkidə yerləşən Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin təhlilinə görə, yüklər Süveyş kanalı və Atlantik okeanı vasitəsilə Rusiya neftinin böyük alıcıları olan Hindistan neftayırma zavodlarından alınıb.


Ana səhifəyə qayıt        Baxış: 4 781          Tarix: 3-06-2022, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma