Naxçıvan - Moskva təyyarə reysini işlədən “Utair” şirkətinin sahibi Andrey Martirosov erməni imiş.
Ovqat.com-a bu barədə məlumat verən etibarlı mənbənin iddiasına görə, Andreyin əvvəlki familiyası Martirosyan olub.
O, bir neçə il əvvəl soyadındakı "yan" şəkilçisini ovla əvəzləyən Andrey, görünür, erməniliyini də bu cür ört-basdır etməyə çalışıb.
Bildirilir ki, Andrey Martiros(yan)ovun Azərbaycandakı rəsmi təmsilçi Zakif İsbatov adlı bir şəxdir. O, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Gülməmmədli Məşhur Abdulla oğlu ilə əlbir olub real qiyməti 280 manat olan təyyarə biletlərini müştəriyə 450 manata satır. Hər bilet satışından əldə olunan gəlirin cəmi 20-30 manatını (ayda 5000 manat rüşvət) Gülməmmədli Məşhura verən Zakif İsbatov yerdə qalan vəsaiti erməni patronuna göndərir və bunun müqabilində faiz alır.
İddiaya görə, Zakif İsbatovun bu işini Naxçıvanda Ədalət Abdullayev adlı şəxs həyata keçirir. O da təbii ki, öz xidmətləri sayəsində Zakif İsbatovda yaxşı maaş alır.
Maraqlıdır ki, erməni ortaqları təkcə biletdən qazanmırlar. Yüklərin daşınması onlara daha çox pul qazandırır. Təsəvvür edin ki, erməni Andrey Martirosov belə, bu məsələdə azərbaycanlı ortaqlarından 5 dəfə insaflı davranır. Belə ki, Martirosov hər kq. yükə 1 dollar istədiyi halda, Məşhur Gülməmmədli zavallı Naxçıvan sakinlərindən 6 dollar alır. Təbii ki, bunun 1 manatı erməni patrona, 5 dolları isə yerli rəhbərliyin cibinə gedir.
Əlbəttə ki, Məşhur Gülməmmədli bu boyda hoqqanı təkbaşına çıxara bilməz. İddialara inansaq, onun arxasında Vasif “xan” həzrətlərinin böyük oğlu Rza Talıbov dayanır.
Düşünə bilərsiniz ki, binəva Məşhur Gülməmmədli nə etsin? Rusiyada Naxçıvanla işləmək istəyən tək aviaşirkət var, o da “Utair”dir. Məşhur Gülməmmədli də məcburən onunla işləyir.
Mənbəmizin bizə təqdim etdiyi sənədlər isə ayrı mətləblərdən xəbər verir. Sənədlərdən aydın olur ki, 01 avqust 2021-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Məşhur Gülməmmədli ilə “ALFA-TRAVEL” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Şirkətin müdiri Şükür Sailxan oğlu Şahmərdanovun imzaladığı bu müqaviləyə əsasən, o, Naxçıvan-Moskva reysi təşkil etməyi öhdəsinə götürüb. Özü də “Utair”dan xeyli ucuz qiymətə, cəmi 180 manata. Hətta bu xidməti yerinə yetirmək üçün biri Naxçıvan aeroportunda, digəri Ordubad rayonunda 2 ofis də götürüb. Hər ofisə ayda 400 manat kirayə haqqı ödəyib. Halbuki aeropot bu ofisləri ona müftə verməli imiş.
Bütün bu razılaşmalara baxmayaraq, “ALFA-TRAVEL” MMC Naxçıvanda cəmi 2 ay işləyə bilib. Daha sonra nədənsə işini dayandırıb. Mənbəmizin bunu onunla izah edir ki, tərəflər arasında şifahi sövdələşmələr baş tutmayıb. Belə ki, Məşhur Gülməmmədli tərəf-müqabilindən ayda 5 min manat əlavə rüşvət istəyib. Şükür Şahmərdanovun isə bu tələbi yerinə yetirməyə gücü çatmayıb. Beləcə, anlaşma pozulub, Moskvaya uçmaq istəyən Naxçıvan sakinlərinin ümidi “Utair”ə bağlanıb.
Mənbəmizin iddiasına görə, Naxçıvan sakinlərindən hər ay yüzminlərlə manat pul qazanan Andrey Martirosov erməni millətçisidir və Ermənistandakı daşnakları maliyyələşdirir. O da iddia olunur ki, Andrey əslən Bakı ermənisi imiş.
Bu iddialar doğrudursa, qəribə mənzərə ortaya çıxır. Sanki Rza Talıbovun himayəsi altında erməniyə məxsus bir rus aviaşirkətinə Naxçıvanda inhisarçılıq ortamı yaradılır. Və bu inhisardan Rza Talıbov da, Məşhur Gülməmmədli xeyli qazanc əldə edir. Bu isə elə ortaqlıq demək deyilmi?
Ovqat.com
Paylaş: