Xəbər lenti



Azərbaycan Müdafiə naziri Zakir Həsənovun əmrinə belə məhəl qoymayan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandan general polkovnik Kərəm Mustafayev zülmündən 17 dəfə məhkəməyə üz tutub heç bir nəticə əldə edə bilməyən Azərbaycan Silahlı Qüvvələrinin mayoru Natiq Əlisoy məhkəmələrin birində ürək sözlərini nəzmə çəkib. 


Həmin şeiri oxucularına Ovqat.com təqdim edirik:

Bəs niyə?

Hamı üçün bir qayda var, bir qanun,
Qanunların özü yoxdu, bəs niyə?
Danışmağa, dindirməyə, dinməyə,
İnsanların sözü yoxdu, bəs niyə?

Yalan özü yalan ilə satılır,
İnsanlıqlar insanlara atılır.
Ürəklərdə hər cür ocaq çatılır,
Alışmağa közü yoxdu, bəs niyə?

Yalan da var, doğru da var, düz də var,
Araşdırsan isti-isti iz də var.
Hakim də var, vəkil də var, söz də var,
Həqiqətin üzü yoxdu, bəs niyə?

Yazı qəti, fikir qəti, söz qəti,
Ucuzlaşıb insanlığın qiyməti.
Çap olunur kişiliyin surəti,
Möhürlərin izi yoxdu, bəs niyə?

Haqq nahaqqa, nahaq haqqa qarışır,
İnsan oğlu insanlığa çalışır.
Əlisoyam, hər kəs haqdan danışır,
İnsanlığın gözü yoxdu, nəs niyə?

Natiq Əlisoy




Ana səhifəyə qayıt        Baxış: 3 823          Tarix: 10-12-2022, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma