Xəbər lenti
Dünən, 19:25


 

Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir”.

 

Ovqat.com-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin noyabrın 16-da Qarabağ zonasında sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı məlumat bülletenində belə deyilir.

 

Bildirilir ki, “mülki əhali”yə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsi ilə əlaqədar Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Maraqlıdır ki, sentyabrın 19-da Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Qarabağda yaşayan əksər erməni sakinlər könüllü olaraq Ermənistana köçdülər. BMT müşahidəçilərinin fikrincə, hazırda Qarabağda 50 və ya ən çoxu 1000 erməni qalıb. Rusiya “mülki əhali” deyərkən yəqin ki, bu erməni qalıqlarını nəzərdə tutur. Bu zaman isə belə bir sual ortaya çıxır: ən çoxu 1000 “mülki əhali” üçün 2000 sülhməramlı saxlamağa dəyərmi?

 

Rus ordu yetkililərinin iddiasına görə, sentyabrın 19-dan sonra Qarabağda sülhməramlı missiyası yürüdən hərbi kontingentin 11 daimi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 341          Tarix: 17-11-2023, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma