Xəbər lenti


Son vaxtlar, bəzi mətbu orqanlar (Ovqat.com saytı və Gündəlik Naxçıvan sosial şəbəkə), “Hədəf Kursları” sınaq imtahanlarının Naxçıvanda məktəblilərə məcburi satıldığını qeyd edir. Bildiririk ki, tamamilə yanlış məlumatdır, bu məlumatların haradan və kimdən qaynaqlandığını bilməsək də, heç bir əsası yoxdur və bizə görə təxribat xarakteri daşıyır. Qeyd edilən 27 yanvar tarixində “Hədəf Kursları” nın heç bir sınaq imtahanı keçirilməyəcək. Bizim bütün sosial şəbəkə elanlarımzda qeyd edildiyi kimi, sınaq imtahanımız 28 yanvar tarixində keçiriləcək. Digər bir tərəfdən də “Hədəf Kursları” açıldığı gündən Naxçıvan üçün özəl bir qiymət müəyyən edilib ki, bu qiymət 12 manat, yazılanlarda isə 18 manat qeyd edilmişdir. Ola bilsin ki, hansısa başqa bir kursdur və təəssüflər olsun ki, “Hədəf”in adı ilə  əlaqələndirilir. Bu halda da bizim adımızın hallanmasını yanlış hesab edirik.  

 

Hədəf” kurslarının Ovqat.com-a ünvanladığı təkzib açıqlamasında belə deyilir.

 

Açıqlamada daha sonra bildirilir:

 

“Hörmətli mətbuat nümayəndələri, bu məlumatlar haradan alınıb, kimlər verib bilmirik. Xahişimiz odur ki, jurnalist etikasını nəzərə alaraq dəqiq, düzgün, qərəzsiz şəkildə araşdırılsın, daha dəqiq faktlarla işıqlandırılsın. Əgər qeyd edilən hallar yoxdursa, tələb edirik ki, təkzib yazısı təqdim edilsin, əks təqdirdə, imicimizə vurulan zərbə üçün qanuni yollara baş vurmağa məcbur qalacağıq. 

 

Qeyd edək ki, “Hədəf Kursları” nəinki Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə, həmçinin heç bir regional idarə ilə sınaq imtahanlarının keçirilməsi ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi əməkdaşlıq etməyib və hazırda da etmir. 

 

Bəli, Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri vəzifələrini icra edən Elxan Nəcəfov Hədəfin yetirməsidir, 15 ilə yaxın Hədəf Kurslarında   müxtəlif vəzifələrdə çalışıb, lakin hazırda heç bir əməkdaşlığımız yoxdur və bu sahədə də olmayıb! Bunu nəzərə alaraq, araşdırılmadan verilən xəbərlər əsassızdır. 

 

“Hədəf” öz sektorunda həmişə şəffafdır, imtahan kuponları açıq satışda olur və ürəyi istəyən şagird könüllü qoşula bilir. 

 

“Hədəf” olaraq saf, şəffaf, alnı açıq şəkildə Azərbaycanımıza xidmət edir, gücümüz çatdığı qədər gənclərin təhsilinə dəstək veririk. İndiyə qədər də heç bir qurumdan deyilənlər kimi xüsusi dəstək almayıb və elə bir cəhdimiz də olmayıb. 

 

Məhz bunun nəticəsidir ki, hazırda “Hədəf Liseyi” və “Hədəf Kursları” nda onlarla şəhid övladımıza ödənişsiz, qazi övladlarımıza isə güzəştli təhsil veririk. 

 

Bu məqamı da qeyd etmək istərdik ki, “Hədəf Kursları” idarə heyətinin qərarına əsasən 14 aprel tarixində Naxçıvan Muxtar Respublikası məktəblilərində 8-10-cu sinif şagirdləri üçün Hədəf Kursları tərəfindən tam ödənişsiz sınaq imtahanı keçiriləcək ki, bunun da nəticəsində yüzlərlə şagirdə 20-100% arası güzəştli təhsil tətbiq ediləcək. 

 

Mətbuatın işi obyektiv, qərəzsiz və şəffaf olmalıdır. Ümid edirik ki, yanlış məlumatlar aradan qaldırılar və səmimi şəkildə millətinə, dövlətinə xidmət edənləri incitməzlər! 

 

“Hədəf” Kursları Mətbuat xidməti” 




Ana səhifəyə qayıt        Baxış: 6 741          Tarix: 17-01-2024, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma