Xəbər lenti


Məlum olduğu kimi, keçmiş millət vəkili Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına az qalmış, Binəqədi Rayon Məhkəməsində barəsində yeni ittiham ilə cinayət işi açılmış və o, 4 ay  Kürdəxanı İstintaq Təcridxanasına köçürülmüşdür. 

 

Ovqat.com-un məlumatına görə, sabiq deputat və iş adamına növbəti dəfə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Yeni cinayət işində söhbət Hüseyn Abdullayevin bank hesabında olan vəsaitlərdən gedir. İşin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

 

 Hüseyn Abdullayev redaksiyamıza göndərdiyi ictimaiyyətə müraciətində barəsində açılmış cinayət işini “qərəzli” adlandıraraq bildirir:

 

M Ü R A C İ Ə T

 

Dəyərli həmvətənlərim, dərdimə şərik olan, bölüşən bacı və qardaşlarım. Ədalət - dövlətin əsasıdır. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında 18 oktyabr 1991-ci il tarixli Konctitusiya Aktının maddəsinə əsasən Azərbaycan Respublikası İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə qoşularaq orada nəzərdə tutulan bütün hüquq və azadlıqlara əməl edilməsini və maneəsiz həyata keçirilməsini təmin edir. Ölkəmizdə İnsan Hüquqları sahəsində köklü islahatlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Milli İnsan Hüquqlar gününü dövlət səviyyəsində qeyd edən yeganə ölkədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyunda ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. 

 

Amma çox dərin üzüntü ilə bildirirəm ki,azadlığa çıxacağıma 47 gün qalmış mənə qarşı təkrarən ilk hökmdəki CM-nin maddəsi ilə saxta və bir mənalı olaraq qərəzli absurd ittiham irəli sürülmüşdür. Qeyd edirəm ki, Müstəqil Azərbaycanın (hansı ki, uğrunda can qoyan və heç nəyin əsirgəməyən vətəndaş olmuşam) hüquq təcrübəsində heç kimə qarşı bu cür aqressiv münasibət göstərilməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu saxta, qərəzli “qərarı” ilə Dövlətçilik uğrunda əvəzsiz xidmətləri olan vətədaş kimi Konstision, fundamental, universal hüquqlarımı pozmaqla, eyni zamanda Ulu Öndərin imzasına, ruhuna və cənab Prezident İlham Əliyevin məlum Sərəncamına itaətsizlik, biganəlik sərgiləmişdir. Mənə və gözümün işığı olan ahıl, ağbirçək anama yaşadılan misli görünməmiş bu əzab və iztirabları Allah götürməz. Yer kürəsində ən ali varlıq insandır, xüsusən də Anadır.

 

 Sayğı ilə;  Hüseyn Abdullayev”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 705          Tarix: 11-03-2024, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma