Xəbər lenti


Naxçıvana hava yolları ilə sərnişin daşınması normallaşıb.

 

Ovqat.com-a bu barədə məlumat AZAL-dakı mənbələrdən daxil olub.

 

Mənbəmizin bildirdiyinə görə, bir müddət əvvəl yaranmış sərnişin “tıxac”ının qarşısının alınması üçün AZAL Naxçıvana əlavə reyslər ayırıb. Dünən və bu gün 8-10 əlavə reyslər sayəsində Naxçıvana sərnişin daşınması tam normal vəziyyətə qayıdıb. Bundan bir həftə əvvəl isə əlavə reyslər 18-ə qaldırılmışdı.

 

Artıq onlayn bilet satışlarında da istənilən vaxta bilet tapmaq mümkündür.

 

Bildirilir ki, Naxçıvana əslində 4 gündəlik reys uçuşları nəzərdə tutulub. Ancaq yay tətili olduğundan və qiyabi təhsil mövsümü başladığından son zamanlar aerokassaların qarşısında növbələr yaranırdı. 

 

Bilet defisitinin bir başqa səbəbi isə Azərbaycanın digər rayonlarından Türkiyəyə gedən vətəndaşların dönüşdə daha ucuz variant kimi Naxçıvan üzərindən qayıdış yolu seçmələridir. Hər gün nə qədər sərnişinin Naxçıvan üzərindən qayıtmasını təsbit etmək mümkün olmadığından AZAL da reys ayırmalarını düzgün müəyyənləşdirmək imkanında deyildi. 

 

“Tıxac” yaradan bir başqa problem həcc ziyarəti ilə əlaqələndirilir. Naxçıvandan həccə gedən insanlar artıqca bilet tapmaq da müşkülə çevrilir.

 

AZAL rəhbərliyinin təcili proflaktik tədbirləri nəticəsində mövsümlə bağlı yaranmış bütün problemlər aradan qaldırılıb.





Ana səhifəyə qayıt        Baxış: 5 944          Tarix: 20-07-2024, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma