Xəbər lenti

  

Deyəsən, Qafqaz müsəlmanlarının dini lideri (təbii ki, rəsmi sənədlərdə) şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başı üstündə qara buludlar peyda olmağa başlayıb.

Bir müddət əvvəl cənab şeyxin Çexiya gözəli ilə ortaqlığı media orqanlarında əks olundu. Bu xəbərin əks-sadası sovuşmamış, indi də şeyxin və qudasının oğulları barədə informasiyalar ətrafda dolaşır.

Belə ki, dünən şeyxin oğlunun ölkədən birdəfəlik getməsi xəbər yayıldı. Şeyxin qudası bu gedişi təsdiqləyib, səbəbini ölkə mətbuatının Allahşükür Paşazadə həzrətlərinə ədalətsiz yanaşmasıyla əsaslandırdı. Guya, şeyxin oğlu mətbuatdan küsüb ölkəni tərk edibmiş.

Açığı, bu əsaslandırma ağıllara “bitə əsəbləşib yorğanı yandırmaq” kimi görünmüşdü ki, növbəti xəbər şeyxin qudasının oğlu barədə yayıldı: Əlihüseyn Sahahzadə həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib.

Gəlin, olke.az-ın xəbəriylə tanış olaq:

 

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib.

Ovqat.com olke.az-a istinadən xəbər verir ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.

Q.Salahzadə xəbəri təsdiqləyib: “Bəli, oğlum sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunub. Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik”.

Keçmiş deputat oğlunun həbsinə görə Baş Prokuror Zakir Qaralovu ittiham edib.

Q.Salahzadə qeyd edib ki, oğlu günahsızdır: “Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.




Ana səhifəyə qayıt        Baxış: 1 910          Tarix: 18-09-2017, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma